Sizin Millət Vəkiliniz olacam

Sizin Millət Vəkiliniz olacam. - yasemen qaraqoyunlu
Sizin Millət Vəkiliniz olacam.

Hədəfim Turan
Sevdam Türk Milləti
Həsrətim Qərbi Azərbaycan. İrəvan. Vətən. Evimiz.
Öndərim. Alp Er Tunqa, Atilla, Çengiz Xaqan, Selçuk Bey, Nadir Avşar, Atatürk, Rəsulzadə.
Sevgim Saza. Sazsız Türk olmaz!
Milli dava mənim davamdır! Bu davanı Ənvər Paşanın ruhundan alaraq, Ə.Elçibəy liderliyində AXC İdeologiya şöbəsindən başlayaraq, Sabir Rüstəmxanlı liderliyindəki DAK Strateji Araştırmalar Mərkəzinə qədər daşımışam.
Nə Rusiya, nə AvroAtlantika-Türk Birliyi. TDT.
Adil, ədalətli Dünya, abad, azad Vətən.
Xoşbəxt İnsan. Vətəndaş.
Zatən bütün ömrüm boyu sizin üçün çalışdım.
Heç bir gücə yenilmədim, boyun əymədim. Gücün deyil, haqqın yanında oldum. Haqqı savundum. Hər zaman Türk Millətinin davasını apardım, Türk millətinin haqqından əsla taviz vermədim. Hər zaman meydanda oldum, Türk düşmənlərinə meydan oxudum.
Milliyyetçilik
Türkçülük
Layiq dövlət
Ədalət
Milli Birlik
Sevgi
Harmoniya
Müsavatçılıq
-Sosyal dövlət modelinə keçid
-Çox qütblü dünya quruculuğu
-Türk Dövlətlər Birliyinə inteqrasiya. Turan Birliyinin qurulması.
-Türkiyə-Azərbaycan konfederativ Birliyinin qurulması. Bir millət iki dövlət.
-Türkiyə-Azərbaycan-Pakistan ittifaqının bölgəsəl güc olmasına çalışmaq.
-Qərbi Azərbaycana qayıdış prosesinə dəstək.
Ermənistanın türklərlə yenidən yapılandırılması
-Güney Azərbaycan davasına dəstək. Məmalüki Məhruseyi Türk. TürkEli.
-Qafqaz Evi.
17 yaşımdan Azadlıq meydanından başlanan bir mübarizə həyatım var, şərəfli keçmişim, kimliyim var.
Bütün ömrüm boyu iki davam oldu.
-Bütöv Azərbaycanın qurulması. Qacar imperatorluğunda yenidən Türk dövlətinin bərpası.
-Turan. Türk Birliyinin qurulması.
-Erməni işğallarına qarşı mübarizə apardım.Qarabağ haqqında yazdım, danışdım, mübarizə apardım. Dedim ki, Qarabağı Türkiyə-Azərbaycan ittifaqı azad edəcəkdir. ATƏT, Amerika-Fransa-Rusiya üçlüyü yox, Türkiyə dəstəyi ilə Qarabağı işğaldan azad edəcəyik. Dedim ki, Qarabağın açarı Azərbaycandır, Azərbaycanın öz oğllarıdır.
– SSRİ dağıldığı zamanlardan Məmalüke Məhruseyi Türk-Güney Azərbaycan davasını başladanlardan oldum. Quzey Azərbaycanda ilk açıq siyasi təşkilatı-Bütöv Azərbaycan Hərəkatını qurdum. Həm Davanın teorik -strateji əsasları haqqında yazdım, həm təşkilatlanmasında iştirak etdim. Məmalüke Mehruseyi Türk savaşı varlıq savaşımızdır. O üzdən bu savaşı hər zaman meydanda diri tutdum.
-Qərbi Azərbaycan davasını başladanlardan oldum. Qərbi Azərbaycan mövzusu qadağan olunduğu çağlardan biz dayanmadıq. Strateji-akademik yazılar yazdıq, konfrans keçirdik, davanı sahibləndik. Hər zaman Yazdım, Danışdım. İrəvan Türk Cümhuriyyətinin qurucularından oldum. Sadəcə Təşkilatlar qurmadım, ölkənin içində və xaricində çox saylı konfranslarda konuşmaçı oldum, özüm çox saylı konfransların təşkilatçısı oldum, rəhbəri oldum.
-Türk davasını elmi-publisistik yazılarla savundum. Parlamentdə təmsil olunmasam belə, orda oturan bir çox millət vəkillərindən daha çox çalışdım, yazdım,.danışdım. Heç durmadım.
Hər yerdə, hər sahədə Türk Millətinin savaşını apardım. Çünki biz İdealistik,.Yol adamıyıq, dava adamıyıq.
AvroAtlantik sistemin düzənlədiyi məxməri inqilablara inanmıram və bu inqilabları Batının sömürgə imperializminin yayılmaçılıq aracı hesab edirəm. Batının simgəsi olan, məxməri inqilabın çəhrayı köynəyini əynimə geyinməyi özüm üçün həqarət hesab edirəm. Zatən o köynəyi geyinmədim. Geyinmərəm.
Çox yollar keçdim.
Lakin hər zaman öz yolumu özüm müəyyənləşdirdim.
Öz yolumu özüm saldım.
Çünki Yol çizəcək qədər bilgi sahibiyəm.
Heç bir yad tarixi-siyasi gücün köynəyini geyinmərəm, simgəsini daşımaram, təmsil etmərəm.
Biz Türk Millətini təmsil edirik. Turanlıyıq. Bizim simgəmiz Ədalətdir. Özgürlükdür. Bərabərlikdir. Milli Birlikdir.
Demokratiya inqilabla deyil, evrimlə gələn bir sürəcdir.
Ölkəmizdə bütün dəyişimlər millətin iradəsi ilə olacaqdır.
Bütün Yer üzündə İnsan haqlarını pozan, İnsanı əzən sistem Batı sistemidir. Batı insan haqlarının simgesi, özdeşi ola bilməz. Tarixi faktlar göstərir ki, Batı öz içində insan haqlarını qoruyur, Batıdan dışarıdakı coğrafiyalarda və mədəniyyətlərdə isə nəinki insan haqlarını, insanın özünü belə əzir, məhv edir.
Ölkəmdəki bütün dəyişimlərin tək sahibi Millətdir. Millətin iradəsidir. Ölkəmizi birlikdə dəyişdirəcəyik. Birlikdə uğur qazanacağıq.
Türk milləti Batını örnək alamaz. Türk Millətinin tarixi, dövlətçilik sistemi, kültürü, əxlaqı Batı sistemindən üstündür. Batı sisteminə inteqrasiya olmağı deyil, Batı ilə bərabərhüquqlu iki tərəfli əməktaşlıq etməyin tərəfdarıyıq.
Xarici siyasətdə güc tarazlığına əsaslanan sivilizasiyaların bərabərhüquqlu əməktaşlığı prinsipi bizim üçün əsas prioritetdir. 350 milyonluq Türk sistemi özü müstəqil bir sivilizasiyadır. Türk sivilizasiyasının özünü təmsil edə bilməsi üçün tək yol çox qütblü dünya sistemidir.
AvroAtlantik mərkəzli tək qütblü dünya sisteminə Yox deyirəm, Çox qütblü tarazlı dünya sistemini dəstəkləyirəm.
Güclü qadın
Lider qadın
Siyasətçi qadın
Vətənpərvər qadın
Milliyyətçi qadın.
İdealist dava adamı
Ana.
Göyçə-Qaraqoyunlu Türk Ellərinin qızı. İrəvan türkü.
Məni – sizin vəkilinizi yetişdirən mühit.
Qərbi Azərbaycan- Göyçə-Qaraqoyunlu Eli. Elçibəy liderliyində Milli Azadlıq Hərəkatı.
Bakı Dövlət Universiteti.
Milli Elmlər Akademiyası.
Güclü dövlət, güclü ölkə qurmaq istəyiriksə, yeni Parlamentdə millət vəkillərinin 50 faizi qadın olmalıdır.
Sizəm, sizdən biriyəm, sizin içinizdən çıxmışam. Sizi tanıyıram, duyuram. Sizin davanızı aparıram.
Dəstəklərinizi əsirgəməyin.


Yasemen Qaraqoyunlu – BAKU -AZERBAYCAN / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER

Yorumlar

  1. Gülyaz avatarı
    Gülyaz

    Seninle fəxr edirik.kas bütün namizədlər vətəninin problemlərini sənin kimi qabardıb ortaya çıxarmağı bacaraydı.Esl vətənpərvər bacımızsan .Sene bütün faaliyetlerinde uğurlar arzulayıram

  2. Qasımov Mətləb avatarı
    Qasımov Mətləb

    Yasəmən xanıma uğurlar

  3. Selen Atasoy avatarı
    Selen Atasoy

    Yasemen hanıma başarılar dilerim.

  4. Alpaslan Demir avatarı
    Alpaslan Demir

    Yasemen Hanım’ın Türklük adına yaptıklarını gururla takip ediyoruz.
    Milletvekili olduğunda bu çalışmaları eminim artarak devam edecek.
    Başarılar diliyorum. Yolu, bahtı açık olsun.

  5. Üzeyir Hacıyev avatarı
    Üzeyir Hacıyev

    Yasəmən xanım sizə uğurlar arzulayıram . Siz daim bütöv Azərbaycanımızın vəkili olmusunuz . Yaxşı ki , sizin kimi vətənini , millətini sevən insanlar var . Sizinlə fəxr edirəm və bir daha uğurlar arzulayıram !

  6. Omurtay Atalar avatarı
    Omurtay Atalar

    Yasemen xanım,bizim yeni bütöv Türklerin milletvekili olcaqsan.
    Bizim de parlamentde bir Tomris Xatunumuz olacaq.
    Size uğurlar arzulayıram,xeyirli olsun.
    Türkiye de size ses vereceq milyonlar var.
    Qademiniz Türkler üçün,Türk Dünyası üçün mübarek olsun.

  7.  avatarı
    Anonim

    Ugurlar olsun

  8. Validə Şirin qizi avatarı
    Validə Şirin qizi

    Yasəmən xanım sizə uğurlar arzulayıram.

  9. Arif Qaramanlı avatarı
    Arif Qaramanlı

    Yasəmən xanımın budəfəki parlament seçkilərində qalib gəlməyi bütün Türk Dünyasının qalibiyyəti demək olacaqdır!

  10. İsmail Cingöz avatarı
    İsmail Cingöz

    Yasemin Hanıma uğurlar diliyorum.
    Başarıları daim olsun.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir