Milli fəal Əmir Səttari saxlanılaraq Təbriz həbsxanasına köçürülüb

Əmir Səttari daha öncə Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən “Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamı ilə günahkar bilinərək 91 gün həbs cəzası və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi . - illi f al mir ttari saxlan laraq briz h bsxabnas na k r l b 0 1674058846

Təbrizdə yaşayan milli fəal Əmir Səttari yanvarın 17-də məhkəmə məmurları tərəfindən saxlanılaraq barəsində çıxarılmış həbs qərarının icrası üçün Təbriz zindanına aparılıb.

Əmir Səttari daha öncə Təbriz 2-ci Cinayət Məhkəməsinin 111-ci şöbəsi tərəfindən “Kiberməkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamı ilə günahkar bilinərək 91 gün həbs cəzası və 4 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi .

Əmir Səttari 21 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq ETTELAAT-ın təcridxanasına aparılmış, avqustun 11-də Təbrizin mərkəzi zindanına köçürülmüş və 15 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.(AZNEWS.TV)

Okumaya devam et  İran televiziyasından yeni termin: “İran Novruzu”

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir