Urmu gölü tamamilə qurudulur

Bunu Urmu gölünün bərpası və araşdırma şurası rəhbəri Ruhulla Mütəfəkkir Azad deyib. - urmiya 1

Yaxın Şərqin ən böyük duzlu gölü olan Urmiya gölü son illərdə yanlış idarə edilmə və iqlim dəyişikliklər ucbatından quruma təhlükəsi ilə üz-üzədir.

Bunu Urmu gölünün bərpası və araşdırma şurası rəhbəri Ruhulla Mütəfəkkir Azad deyib.

“Bu il də keçən illərdə olduğu kimi gölə aid su mənbələrinin qarşısında tikilən bəndlərdən suyun buraxılmaması və “Kani Sib” su tunelinin tamamlanmaması səbəbindən gölün əsas hissəsi tamamilə qurumağa məruz qalıb. “Kani Sib” bəndindən Urmu gölünə suyun nəqli layihəsinin birinci mərhələsi bu ilin sonunadək başa çatacaq. Suyun ötürülməsi birinci mərhələdə təqribən 300 milyon kubmetr həcmdə həyata keçiriləcək”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Ətraf Mühitin Mühafizəsi Təşkilatı Urmiya gölündə ciddi problem olduğunu, böhran vəziyyətinin yaşandığını demişdi.

Okumaya devam et  Xaməneyinin Vərziğanda ki imamı: İran Milli Mis Şirkəti Azərbaycan xalqına verdiyi sözü yerinə yetirmir

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir