134 milyardlıq ÜDM, 60 milyard strateji valyuta ehtiyatı

2022-ci ildə iqtisadi artım davam edib

Dünyanın tədricən pandemiyadan çıxmasına rəğmən qlobal miqyasda 2022-ci il bir sıra risklərin iqtisadi sferaya təsirlərinin hələ də davam etməsi ilə yadda qaldı.

Geosiyasi gərginliklərin yüksəlməsi, inflyasiya kimi amillər ötən il özünü iqtisadi inteqrasiya zəncirində büruzə verdi. Buna görə də ümumilikdə götürdükdə dünyada iqtisadi aktivlik 2022-ci ildə azalmaya meyilli olub. Hətta son meyilləri nəzərə alaraq il ərzində beynəlxalq təşkilatlar qlobal iqtisadi artım proqnozlarını azalma istiqamətində dəyişiblər.

Tarixi nailiyyət

Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyata inteqrasiya olunmuş şəraitdə inkişaf edir. Beynəlxalq miqyasdakı vəziyyətə baxmayaraq, respublikamızda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2022-ci ildə milli iqtisadiyyatımızda makroiqtisadi sabitlik ümumilikdə qorunub və iqtisadi artım davam edib. Belə ki, ötən il ölkədə iqtisadi fəallıq yüksək olmuş, onun perspektivləri ilə bağlı gözləntilər nikbinlik doğurmuşdu.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ötən ilin iqtisadi göstəricilərinə nəzər salaraq iqtisadi nailiyyətlərimizin sıradan olan məsələ olmadığını bildirib. “Keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə, 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir və eyni zamanda bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə – 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə, təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir”, – deyə dövlət başçısı bildirib.
Onu da qeyd edək ki, ötən il iqtisadiyyatımız təxminən 5 faiz artıb, qeyri-neft sektoru isə 9 faizdən çox artıb.

Artımın təməlində iqtisadi islahatlar siyasəti dayanır

Bütün bunlarla bərabər 2022-ci ildə respublikamızın strateji valyuta ehtiyatlarının əhəmiyyətli şəkildə artaraq 60 milyard ABŞ dollarına çatması, xarici ticarət dövriyyəsindəki müsbət göstəricilər ötən ilin Azərbaycan üçün uğurlu olduğunu təsdiq edən mühüm iqtisadi faktorlardır.
Göründüyü kimi, Azərbaycan pandemiyanın yaratdığı çətinlikləri də sürətlə geridə qoyur. Bu nailiyyətlərin təməlində isə Prezident İlham Əliyevin iqtisadi islahatlar siyasəti dayanır. Bunun nəticəsində ölkənin sosial-iqtisadi potensialının artmına nail olunması ilə yanaşı, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü də əhəmiyyətli dərəcədə yüksəlib. Müsbət iqtisadi göstəricilərin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin fonunda əldə edilməsi isə bir daha Prezident İlham Əliyevin iqtisadi strategiyasının dövlətimizin qarşısında dayanan iqtisadi məqsədləri layiqincə təmin etdiyini göstərir.

Son 5 ildə minimum əməkhaqqı 2,7, minimum pensiya 2,5 dəfə artırılıb

Əhalinin sosial rifahının davamlı şəkildə yüksəldilməsini hər zaman prioritet məsələ kimi müəyyən edən Azərbaycan pandemiya şəraitinin hələ tam səngiməməsinə və müharibədən yeni çıxan ölkə olmasına baxmayaraq, sosial siyasətini dinamik şəkildə həyata keçirməkdədir. Sosial tədbirlərin reallaşdırılması üçün böyük maliyyə vəsaiti tələb olunsa da, dövlət vətəndaşların rifahı, həssas əhali qruplarının sosial müdafiəsinin daha da gücləndirilməsi naminə bu istiqamətdə də davamlı şəkildə proqramlar icra edir.
Xatırladaq ki, ümumilikdə son 5 ildə sosial sahədə ardıcıl xarakter alan inqilabi sosial islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.
Həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52 faiz, orta aylıq pensiya 80 faiz, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsait 80 faiz artıb. Bu dövrdə əmək müqavilələrinin sayı 33 faiz (431 min) artaraq
1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub.

Dördüncü sosial islahat paketi

Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncamına əsasən isə minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların tarif (vəzifə) maaşları da bir ay ərzində bu sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqları da artacaq. Minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artımı 700 min işçini əhatə edəcək.
Sərəncama əsasən minimum pensiyanın 280 manata çatdırılması, müavinət və təqaüdlərin məbləğlərinin artırılması barədə də Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim ediləcək. Nəticədə minimum aylıq pensiya da 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dediyi kimi, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu sərəncamı ilə ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanılıb. Ümumilikdə 2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub və bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Rəşad CƏFƏRLİ, /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

2022-ci ildə iqtisadi artım davam edib - aliyev azerbaycanzafergunu

KONU HAKKINDA DAHA FAZLA:

GİRİŞ TARİHİ:

GÜNCELLEME:

Bu gibi içeriklerin devam etmesini istiyor, Akademik yayınları veya vatandaş gazeteciliği destekliyorsanız, maddi katkıda bulunabilirsiniz.

İçerik desteği, sponsorluk veya işbirliği teklifleri için bizimle irtibata geçebilirsiniz.

Bolayır'da doğdu, İlk öğrenimini Erzurum ve Elazığ'da tamamladıktan sonra ortaokul ve Liseyi İstanbul Bakırköy'de bitirdi. Heybeliada Deniz Harp Okulunda askerliğini tamamlayan Yener Günaydın ve Mobil Oil Türk'de çalıştı. İDİL-URAL TÜRKLERİ DERNEĞİ, KAZAK TÜRKLERİ VAKFI, Dünya Tatar Ligi, Bulgaristan Türkleri derneği, Türkiye Azerbaycan Dernekleri Federasyonu, voicepress gibi kuruluşlarda çeşitli görevler üstlenen Yener Tataristan, Rusya federasyonu ve Türk dünyası ile yakın ilişkiler içindedir.

Yorumlar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bugün Gündem
  1. pavarotti de güzel söyler Oçi Çorniye’yi

  2. Tasavvuf; Kullara Tapınma? KUR’AN!? Tasavvuf konusu; ilk başlarda KUR’AN merkezli nefsi terbiye etme amaçlı ortaya çıkmışsa da; sonralarda kişileri yüceltme,…

  3. KUR’AN! Fal?-Nazar?-Büyü? (Mâide,3)”Fal oklarıyla-kehanet yoluyla gelecekte sizleri neyin beklediğini öğrenmeye çalışmak fısktır-kötü bir eylemdir; çünkü bu yoldan çıkmaktır.” Fal ile…

  4. KUR’AN-İçki?! Robotlaşmış Kullar?! Kafayı içki içenlere takmış, onları cehennemlik-kâfir ilan eden din satıcıları-yobazlara inat, Yüceler Yücesi Yaratıcı aşağıdaki ‘içki’ ile…

  5. İlginç, bir sürü insan hakkında haklı haksız yurtdışına çıkış yasağı var ama sadece spesifik olarak TMSFye borcu olanların yasağını kaldırmak…

  • Bir Günah Gibi

    Bir Günah Gibi

    Kimin yazdığını bilmiyorum, ancak çok duygusal bir kişinin yazdığına emin olduğum bir şarkı sözü vardır. Aslında şarkı bir Rus halk şarkısından gelmekte, ‘Oçi Çorniye’. Şarkının […]


  • Tasavvuf; Kullara Tapınma? KUR’AN!?

    Tasavvuf; Kullara Tapınma? KUR’AN!?

    Tasavvuf konusu; ilk başlarda KUR’AN merkezli nefsi terbiye etme amaçlı ortaya çıkmışsa da; sonralarda kişileri yüceltme, söylediklerini buyruk kabul etme zaafı ile kutsallaştırılmışlara-kullara tapınma haline […]


  • SEÇİMLERDE SEÇMEN; YA T.C. YA DA YIKIM VE KAOS DİYECEK

    SEÇİMLERDE SEÇMEN; YA T.C. YA DA YIKIM VE KAOS DİYECEK

    Türkiye’de önümüzdeki dönemde yapılacak seçimler için, herkesinde gördüğü gibi, ABD bilerek kendine bağlı işbirlikçilerle beraber R.T.E. -K.K. üzerinden Türkiye’ye anti demokratik ve totaliter içerikli iki […]


  • PROTEİN EKSİKLİĞİ

    PROTEİN EKSİKLİĞİ

    Ülkelerin gelişmesini, proteinli gıdalarla beslenen gençler ve kuşaklar sağlar. Her Japon çocuğu mutlaka yumurta yer, et, balık, fındık, badem yer, süt içer. Her Alman çocuğu […]


  • Türkiye’ye turist yağacak…

    Türkiye’ye turist yağacak…

    Alınan onca önleme rağmen Rus turistlerin Türkiye tercihi önlenemiyor. Geçenlerde yazmıştık. Rusya, iç turizme yönelik önlemler almaya başlamıştı. Ancak, görülüyor ki Rus turistler Türkiye’den hali […]


  • Kocaseyit

    Kocaseyit

    1929’da Havran’a gelen Gazi Mustafa Kemal Atatürk  ,Nahiye Müdürüne , ” Havran köylerinden birinde bir Seyit Onbaşı olacaktı onu bulup getirin” der. Seyit Onbaşı’nın hangi köyde olduğunu bilmeyen Nahiye Müdürü “Emriniz olur.Buluruz […]


  • SEÇİM SİSTEMİNİN GÜVENİRLİĞİ

    SEÇİM SİSTEMİNİN GÜVENİRLİĞİ

    Erkam Tufam yurtdışında yaşayan bir gazeteci. Niye yurtdışında, nasıl çıkmış gibi sorular beni ilgilendirmiyor. Bir yazımda vurgulamıştım; ‘ben söze bakarım’! O kişinin söylediklerinin ne kadarı benim […]


  • Diploması Gizlenen Cumhurbaşkanı Kim?

    Diploması Gizlenen Cumhurbaşkanı Kim?

    Yukarıdaki başlık sayın Emin Çölaşan’ın  dünkü  yazısının başlığıdır.  Sayın Sultan Uçar    “Diploma kayalara çarpmış’başlığı ile sayın Cumhurbaşkanının diplomasını sorgulamış. Sayın Fatih Portakal ise “En azından […]


  • Bir Şahin’in inanılmaz yolculuğu

    Bir Şahin’in inanılmaz yolculuğu

    Kuşlar yılın farklı zamanlarında besin kaynaklarının mevcudiyetine ve iklim koşullarına bağlı olarak kışı geçirecekleri alanlara veya üreme alanlarına göç ederler. Göç eden kuşların çoğu Avrupa, […]


  • Orta Asya’da Türkler

    Orta Asya’da Türkler

    Türkmenistan’daki ‘Türk’ ile Türkiye’deki ‘Türk’ aynı insanları mı ifade ediyor? Eğer öyleyse, neden ikisinin arasında isimleri başka insanlara atıfta bulunan ülkeler var? İran, Irak, Suriye […]


  • Tercihleri ile Yavaş Yavaş Ölümü Seçmek veya Seçmemek

    Tercihleri ile Yavaş Yavaş Ölümü Seçmek veya Seçmemek

    “Yavaş yavaş ölürler okumayanlar” diyor şair. Yaşam Tercihimizde Yavaş Yavaş Ölümü Mü? Yoksa Yaşamı Anlayarak Ölmek mı? Brezilyalı şair Martha Medeiros’un 1961 yılında yazdığı “Ağır […]


  • Yine bir deprem uyarısı…

    Yine bir deprem uyarısı…

    Depremler tehlikesi halen devam ediyor. Uzmanlar yeni depremler konusunda yeni uyarılarda bulunuyor. Şimdi de Bingöl masaya yatırıldı. Bingöl’de de deprem olabileceği konusunda yeni uyarılar geldi. […]


  • Fal?-Nazar?-Büyü?

    Fal?-Nazar?-Büyü?

    KUR’AN!Fal?-Nazar?-Büyü? (Mâide,3)”Fal oklarıyla-kehanet yoluyla gelecekte sizleri neyin beklediğini öğrenmeye çalışmak fısktır-kötü bir eylemdir; çünkü bu yoldan çıkmaktır.” Fal ile ilgili uyaran ayetten sonra kendimize şu […]



Posted

in

by