Site icon Turkish Forum

Silinməkdə olan tarix…Səssiz ölüm, bitmə…

BuyazıQərbi Azərbaycan haqqında bir nagıldır. “ Erməni soyqırımı” mifinin yüz illiyinə həsr olunmuşdur. Hər gün gözlərimi yumub kəndimizdəki evləri, ailələri, başdan ayaga, ayaqdan başa xəyalımda canlandıraraq bir -bir sadalayıram. Bu evdə yaşayanlardan filankəslər öldü, o biri evdə artıq diri qalan yoxdur. Və sarsılıram… Hər evdən artıq iki-üç nəfər sağ qalıb yaşayır. Elə evlər,ailələr də var ki, hamısı dünyasını dəyişib, tamamilə boşalıb… Daim ölüm xəbərləri alıram. Filankəs də öldü, filankəs də dünyasını dəyişdi… Yasdır, gəl… Və mən yas mərasimlərinə getmirəm, bu ölümləri görüb ,Bir daha Qərbi Azərbaycana qayıtmayacagımıza inanmaq istəmirəm. Çünki bu şəkildəki ölümlə, bu yox olma ilə əsla barışmaram , barışmayacam. Bəs Qərbi Azərbaycana, kəndimizə kimlər qayıdacaq, bəs bizi gözləyən o evlərdə kimlər yaşayacaq…O yollardan kimlər keçəcək. Evlərimizin ocagını kim yenidən yandıracaq… - yasemin karakoyunlu Jasmine Garagoyunlu

BuyazıQərbi Azərbaycan haqqında bir nagıldır. “ Erməni soyqırımı” mifinin yüz illiyinə həsr olunmuşdur. Hər gün gözlərimi yumub kəndimizdəki evləri, ailələri, başdan ayaga, ayaqdan başa xəyalımda canlandıraraq bir -bir sadalayıram. Bu evdə yaşayanlardan filankəslər öldü, o biri evdə artıq diri qalan yoxdur. Və sarsılıram… Hər evdən artıq iki-üç nəfər sağ qalıb yaşayır. Elə evlər,ailələr də var ki, hamısı dünyasını dəyişib, tamamilə boşalıb… Daim ölüm xəbərləri alıram. Filankəs də öldü, filankəs də dünyasını dəyişdi… Yasdır, gəl… Və mən yas mərasimlərinə getmirəm, bu ölümləri görüb ,Bir daha Qərbi Azərbaycana qayıtmayacagımıza inanmaq istəmirəm. Çünki bu şəkildəki ölümlə, bu yox olma ilə əsla barışmaram , barışmayacam. Bəs Qərbi Azərbaycana, kəndimizə kimlər qayıdacaq, bəs bizi gözləyən o evlərdə kimlər yaşayacaq…O yollardan kimlər keçəcək. Evlərimizin ocagını kim yenidən yandıracaq…

Bütün ölən dogmalarımla bərabər uşaqlıgım, gəncliyim xatirələrim ölur.Hər ölənlə əslində mən də ölürəm,Hər yox olanla zərrə zərrə mən də yox oluram.. kəndimizdə, hər boşalan ev,hər dünyasını dəyişən insan Qərbi Azərbaycanda Türk tarixinin bitməsinin, yox olmasının bir nişanəsidir. Oyanın Artıq. Qərbi Azərbaycandan 1988-ci ildə Ermənistanın apardıgı axırıncı etnik təmizləmə və soyqırımdan sonra Azərbaycana sığınmış əhalinin 80 faizi dünyasını dəyişmişdir. Bu səksən faiz Ermənistan vətəndaşları idi,Ermənistan pasportu daşıyırdı və məhz bu pasportlar yenidən Qərbi Azərbaycana qayıtmaq üçün hüquqi sənəd idi. Məhz bu sənədlə Ermənistanın Qərbi Azərbaycan oldugu isbat edilə bilərdi, məhz bu sənədlə Ermənistana ərazi iddiası irəli sürülə bilərdi,Ermənistan beynəlxalq məhkəmələrə verilə bilərdi, Qarabag danışıqlarına təsir edilə bilərdi..və s. Sanki hansısa gizli əllər(Əslində hamsı məlumdur) güclər gözləyir ki, qaçqın qərbi Azərbaycanlılar tez qırılıb qurtarsın ki, bir daha Ermənistana qayıtmaq söhbəti olmasın, əbədi olaraq bu mövzu qapansın. Hələ mən Hökümətin məqsədli şəkildə Ermənistan pasportunu əhalidən yıgıb onları Azərbaycan vətəndaşı etmək kimi naşı siyasətindən heç danışmıram.Əcaba bu qədər qeyri-professional siyasətmi olar,bu qədər səriştəsizlikmi olar.Niyə biz bu kimi siyasətimizlə Ermənistan dövlətinin yaşamasına, mövcud olmasına çalışırıq? Niyə bu 20 ildə Qərbi Azərbaycanlılar siyasi baxımdan təşkilatlanmayıb, niyə onlar Qərbi Azərbaycana qayıtmaq üçün beynəlxalq səviyyədə mübarizə aparmırlar,niyə onlar Azərbaycanın yox, Ermənistanın vətəndaşları olduqlarını isbat etmirlər,vətəndaş hüquqlarını tələb etmirlər. Qərbi Azərbaycan probleminin üstündən sükutla keçməkdə məqsəd nədir? Azərbaycanın Qərbi Azərbaycan problemindən Ermənistan dövlətinə qarşı təzyiq kimi istifadə etmək avantajı ola-ola bundan niyə imtina edir? Niyə dövlət siyasətində bu yönümdə heç bir addım atılmayıb,axı orta səviyyəli bir agıl belə təsbit edə bilər ki,bütün bunlar olsaydı,Qarabag danışıqlarına, müharibənin gedişatına təsir göstərə bilərdi. Bütün cəmiyyətdə ən aşagı pillədən tutmuş dövlət postlarına qədər 1988-ci ildən indiyə qədər cox gizli bir savaş getmişdir və getməkdədir.Qərbi Azərbaycanlılarla “yerlilərin” savaşı. Və bu savaş bilinc altında bu gun də şəxslərin işə götürülməsində,partiyalarda kadrların təyinində, toyda, yasda və s. hər yerdə öz təsirini hiss etdirməkdədir. Qərbi Azərbaycanlılara qarşı bu nifrətin səbəbi nədir. Axı, onlardan yalnız bir faiz hakimiyyətdə təmsil olunur, qalanları da hamı kimi ac-yalavac, sərkardandır…

1.Qərbi Azərbaycanlıların, türklərin 100 ildir etnik təmizləmə və soyqırıma məruz qalmasında Ermənistan dövləti nə qədər günahkardırsa, son 20 ildə Qərbi Azərbaycanlıların səssizcə kütləvi şəkildə ölməsində, Qərbi Azərbaycan probleminin ustundən sükutla keçilməsində, problemin, sanki həll olunmuş kimi göstərilməsində, əslində isə bütün vasitələrlə bastırılmasında da Azərbaycan hakimyyəti gunahkardır.

2.Nə hökümətin, nə müxalifətin,nə partiyaların,nə diaspor təşkilatlarının,nə mediya qurumlarının,nə bütövlükdə Azərbaycan cəmiyyətinin Qərbi Azərbaycan problem ilə baglı heç bir proqramı, fikri,layihəsi yoxdur.
Çünki, bu “qadagan olunmuş”, “bastırılmış” , “təhlükəli” mövzudur. Soruşuram, niyə? Lakin düşmən əllərlə formalaşdırılmış bir “mif” var. “Yerazçılıq” mifi, “Qərbi Azərbaycan klanı” mifi. Əgər belə bir klan varsa da o klan birinci Qərbi Azərbaycanlılara zərbə vurub, ikinci bütövlükdə Azərbaycan cəmiyyətinə, dövlətə zərbə vurub. Bütün klanlar- “Ermənistanlı klanı”, “Naxçıvan klanı”, “Qarabag klanı” dövlətçiliyə ziddir. Bəs biz nə vaxt klandan millətə çevriləcəyik, bütün torpaqlarımızın, insanlrımızın bizim olması fikrinə nə vaxt gələcəyik.? Qərbi Azərbaycan ideyası, Elektoratı istismar edilməkdədir. Qərbi azərbaycanlılar hansısa partiyanın uzun muddətli hakimiyyətinin təmiinatı üçün elektorat kimi 20 ildir istismar olunmaqdadır,20 ildir Qərbi Azərbaycanlıların səsini ogurlayaraq parlamentə seçilmiş deputatlar var, hakimiyyət postunda oturmuş vəzifə adamları,məmurlar var, . .(Əgər onların şəcərəsini, nəslini araşdırsaq hələ altından bir də Kürd çıxacaq. Qərbi Azərbaycan türklərini burda gözdən salan bax həmin klançı təbəqə əcaba türkdürmü,yoxsa kürddürmü,bu da bir müəmmadır.Bəlkə Qərbi Azərbaycanlıların təşkilatlanmasının qarşısını alanlar bunlardır. Oturub bu barədə duşunməliyik məncə.). Bu ideyadan çörək pulu çıxaran alimlər,şairlər var. Qərbi azərbaycan adı ilə siyasətdə “yer” tutmaq, lider olmaq istəyən insanlar, “agsaqqallar”, “agbirçəklər”, partiyalar, QHT-lər var. Lakin iş yoxdur, iş. Qərbi Azərbaycanlıların təşkilatlanaraq Qərbi Azərbaycana qayıtmaq istəklərinin qarşısı müxtəlif vasitələrlə alınır,təşkilatlar dagıdılır, iş görmək istəyən insanlar həbs olunur. Niyə? Çünki, Qərbi Azərbaycanlılar öz torpaqlarına,Ermənistana qayıtsa Azərbaycanda bir cox partiyalar mövcud olmayacaq, siyasi düzən dəyişəcək, bir cox insanların karyerası bitəcək, vəziflər,kreslolar əldən çıxacaq… Qərbi Azərbaycanlılar siyasi bir gücdürmü? Xeyr,deyil! Onlar dagınıq kütlə və sadəcə Öz mənafeyini görə bilməyən elektoratdırlar. Amma onları klan kimi cəmiyyətə təqdim edən bir faiz mafioz vəzifə adamları var. Vəssalam.

Yasəmən QARAQOYUNLU-Bakü / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Exit mobile version