Site icon Turkish Forum

“Azərbaycan sərvətlərinin talanmasına son qoyulmalıdır”-Türkiyədən Şuşa aksiyasına böyük dəstək

“Azərbaycan sərvətlərinin talanmasına son qoyulmalıdır”-Türkiyədən Şuşa aksiyasına böyük dəstək - susa senazadsan

“Azərbaycan sərvətlərinin talanmasına son qoyulmalıdır”-Türkiyədən Şuşa aksiyasına böyük dəstək

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altı gündür davam edir.

Gunaz.tvQuote | Gunaz article
Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Belə ki, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.

Qeyd edək ki, ekofəallar, vətəndaş cəmiyyətinin nümayəndələri, QHT təmsilçiləri, tələbələr, ümumilikdə bütün aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Bu arada böyük ajiotaj doğurmuş aksiyaya türk dünyasından dəstək gəlməkdə davam edir. Türkiyədə fəaliyyət göstərən Milliyyətçi Həkimlər Dərnəyi bəyanat yayaraq Xankəndi-Laçın yolunda keçirilən aksiyanı dəstəklədiyini bildirib.

Bu barədə məlumat Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyindən daxil olub.

“Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının nəzarəti altında olan yerlərində yeraltı qaynaqlar ermənilər tərəfindən talan edilir, Azərbaycan ekologiyasına külli miqdarda ziyan vurulur.

10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı ilə bölgədə sülhün, sabitliyin qorunması vəzifəsinə üzərinə götürmüş rus sülhməramlıları erməni ekovandalizminə göz yumur. Bu durum Azərbaycanın vətəndaş cəmiyyəti fəallarını qəzəbləndirib

GÜNAZ.TV/TURKISHFORUM-ABDULLAH TÜRER YENER

Exit mobile version