Cənubi Azərbaycanın 40 milyonluq haqq səsi

Cənubi Azərbaycanın 40 milyonluq haqq səsi

Azərbaycan dövləti və Prezident İlham Əliyev tarixi torpaqlarımızda yaşayan soydaşlarımızın ən böyük təəssübkeşi, himayədarı və dayağıdır

50 milyon azərbaycanlının əsrlər boyu üzləşdiyi tarixi ədalətsizliyin kökü 1813-cü və 1828-ci illərdə Rusiya ilə İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən qaynaqlanır. Çünki bu müqavilələrlə Araz çayı sərhəd götürülməklə tarixi Azərbaycan ərazisi iki yerə bölündü, torpaqlarımıza ermənilərin köçürülməsinə başlanıldı.

Cənubi Azərbaycandakı azadlıq mücadilələri xalqımızın qürur mənbəyidir

Azərbaycanın Rusiya tərəfindən işğal olunan şimal hissəsi indi azaddır. Bu hissədə xalqımız müstəqil dövlətə və dövlətçiliyə sahibdir. O dövlətə ki, beynəlxalq birlikdə mövqelərini möhkəmləndirir, qlobal məsələlərdə nüfuzlu söz sahibi kimi çıxış edir, tarixi ədalətsizlikləri yoluna qoyur.
Azərbaycanın cənub hissəsi isə İranın tərkibindədir. Cənubi Azərbaycan İranın şimal-qərb hissəsini əhatə edir. Qərbdə Türkiyə, cənub-qərbdə isə İraqla həmsərhəddir. Bu gün Cənubi Azərbaycanda 35 milyon azərbaycanlı yaşayır. Bununla belə, İranın digər ərazilərini də nəzərə aldıqda bu ölkədə daha çox sayda soydaşımızın yaşadığı təxmin edilir. Elə buna görə də çoxsaylı etnik qrupların əsarət içində yaşadıqları İranda hakimiyyətin ehtiyat etdiyi əsas xalq azərbaycanlılardır. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın milli azadlıq mücadilələri xaricdən gələn dəstək sayəsində İran tərəfindən qəddarlıqla yatırılıb. Bununla belə, Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında müxtəlif dövrlərdə baş verən hərəkatlar Azərbaycan xalqının zəngin tarixinin qürur mənbəyidir.
Fars şovinizminin qarşısına qoyduğu əsas hədəflərdən biri isə Cənubi Azərbaycandakı soydaşlarımızın öz milli kimliyindən uzaq salınmasıdır. Elə buna görə bu gün Cənubi Azərbaycanda soydaşlarımız ana dilində təhsil almaqdan məhrum ediliblər. Bu siyasətin nəticəsi kimi İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir.

İran müstəqil və güclü Azərbaycanın mövcudluğu ilə barışa bilmir

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan tarixi keçmişi, mənəvi dəyərləri, Arazın o tayında on milyonlarla soydaşımızın yaşadığını nəzərə alaraq İranla münasibətlərə xüsusi önəm verib. Məhz bunun nəticəsidir ki, ötən müddətdə ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.
Buna rəğmən İranın siyasi və dini dairələrində zaman-zaman Azərbaycan Respublikası ilə bağlı ikitərəfli münasibətlərin ruhuna zidd olan qərəzli davranış ortaya qoyulub. Səbəb isə odur ki, İran rejimi şimalda müstəqil və güclü Azərbaycan dövlətinin mövcudluğu ilə barışa bilmir. İranın Azərbaycanla münasibətlərdə qeyri-səmimi davranışları hələ 44 günlük müharibədən çox-çox əvvəl məlum idi. İrana məxsus KİV-də əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılıb, azərbaycanlıları təhqir etməkdən belə çəkinməyiblər.
Molla rejimi illər boyu dini təsir və digər vasitələrlə Azərbaycanın daxili işlərinə qarışmağa, ölkəmizə təzyiqlər göstərməyə cəhd edib. Bu məkrli siyasətin davamı kimi “əmmaməli əllamələr” onilliklər ərzində Ermənistana davamlı iqtisadi dəstək göstəriblər. Ermənilər boş yerə İranın onlar üçün nəfəslik olduğunu deməyiblər.
Ona görə İran barəsində yazarkən “dost dövlət”, “qardaş ölkə” kimi ifadələrdən uzaq olmuşuq. Rəsmiyyətçilik xətrinə işlətdiyimiz “mehriban qonşu” ifadəsini isə könül dolusu ilə səsləndirə bilməmişik. Özünü dünyada “islam təəssübkeşi” hesab edən, amma din qardaşının torpaqlarını işğal edən ermənilərə qucaq açan İrana biz necə “dost dövlət” deyə bilərdik?! İşğal olunmuş torpaqlarımızdakı islam irsini dağıdan, məscidlərimizi donuz tövləsinə çevirən ölkə ilə qardaşlaşan bir rejim haqqında necə “qardaş ölkə” deyə bəhs edə bilərdik? Hələ onun İrəvanda və Şuşada olan məscidlərimizi öz adına çıxmasını, işğal edilmiş ərazilərimizdən talan edilən maddi vəsaitlərin İrana daşınmasını demirik.
44 günlük müharibədən sonra isə İran anti-Azərbaycan siyasətini “yeniləyib”, başqa cür desək, mollalar açıq şəkildə Ermənistanın müdafiəsinə qalxıblar. İran mollalarının Azərbaycanın yaratdığı reallıqlarla barışmaq istəməmələri göz önündədir. Hətta iş o yerə çatdı ki, Cənubi Azərbaycanda hərbi təlimlər keçirərək, Araz çayının hərbi yolla keçilməsini məşq etdilər. Ermənistanın Qafan şəhərində konsulluq açmaqla İrəvana diplomatik dəstək nümayiş etdirdilər. Qadınla əl uzadıb görüşməyi haram sayan “din qardaşları” bir müddət əvvəl baş nazir Paşinyanın, bəlkə də, elə həmin gün donuz ətinə dəymiş əlini sıxmaqla, hətta üzünü öpməkə “əsl” müsəlman olduqlarını göstərdilər.

“Əmmaməli əllamələr”in əməlləri iflasa uğrayır

Son aylarda İranı kütləvi etirazlar bürüyüb. İranın sadə vətəndaşları mollaların yürütdüyü siyasətə qarşı çıxırlar. Bu ölkənin idmançıları belə bütün fürsətlərdən istifadə edib rejimə nifrətlərini bildirirlər. Bütün bunlar İran hakimiyyətinin yürütdüyü siyasətin iflasa uğramasını göstərir. İranda əxlaq polisinin ləğv edilməsi təsdiqləyir ki, rejim artıq geriyə addımlar atır.
Belə bir vəziyyətdən çıxış yolunu İran hakimiyyəti həm də Azərbaycana qarşı mənasız aqressiv ritorikasını gücləndirməkdə və daxili auditoriyanın diqqətini buna cəlb etməkdə görür. Təbii ki, Azərbaycana təzyiq göstərmək, Bakını təhdid etmək mümkün olan məsələ deyil. Belə bir vəziyyətdə Azərbaycan İranla sərhəddə Türkiyə ilə birlikdə yeni hərbi təlimlər keçirir.
Əlbəttə, İranda baş verən xalq etirazları Azərbaycanda da yaxından izlənilir. Çünki dövlətimiz xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə daim xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin dediyi kimi, biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.
Onu da unutmaq lazım deyil ki, tarixən İranın daxilində baş vermiş gərginliklər Cənubi Azərbaycandakı soydaşlırımızın milli azadlığı üçün təkan olub.

Rəşad CƏFƏRLİ,-/TURKISHFORUM * ABDULLAH TÜRER YENER

Cənubi Azərbaycanın 40 milyonluq haqq səsi - azerbaycan meclisi

KONU HAKKINDA DAHA FAZLA:

GİRİŞ TARİHİ:

GÜNCELLEME:

Bu gibi içeriklerin devam etmesini istiyor, Akademik yayınları veya vatandaş gazeteciliği destekliyorsanız, maddi katkıda bulunabilirsiniz.

İçerik desteği, sponsorluk veya işbirliği teklifleri için bizimle irtibata geçebilirsiniz.

Bolayır'da doğdu, İlk öğrenimini Erzurum ve Elazığ'da tamamladıktan sonra ortaokul ve Liseyi İstanbul Bakırköy'de bitirdi. Heybeliada Deniz Harp Okulunda askerliğini tamamlayan Yener Günaydın ve Mobil Oil Türk'de çalıştı. İDİL-URAL TÜRKLERİ DERNEĞİ, KAZAK TÜRKLERİ VAKFI, Dünya Tatar Ligi, Bulgaristan Türkleri derneği, Türkiye Azerbaycan Dernekleri Federasyonu, voicepress gibi kuruluşlarda çeşitli görevler üstlenen Yener Tataristan, Rusya federasyonu ve Türk dünyası ile yakın ilişkiler içindedir.

Yorumlar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bugün Gündem
  1. Babam Uğur Otluçimen de o anda ekmek alıyormuş fırıncıdan o da hakkın rahmetine kavuşmuş. Allah rahmet eylesin.

  2. Benimde annemin amcası Abdullah Soylu dedemiz bu olayda şehit olmuştur. Kendisi o tarihte bölgede fırıncılık yapmaktadır ekmek dağıtımı yaparken o…

  3. Peygamber(ler)in ALLAH’a Ortaklığı?! Hadisler? KUR’AN!? Din’den beslenenler-sömürücüler-din satıcıları; ‘Tanrı-Allah-Kitap-Kur’an’ söylemiyle bireysel olması gerekirken, kurumsallaştırdıkları ‘inancı’ önce; Yahudilik-Hıristiyanlık-Budizm gibi farklı dinlere,…

  4. pavarotti de güzel söyler Oçi Çorniye’yi

  5. Tasavvuf; Kullara Tapınma? KUR’AN!? Tasavvuf konusu; ilk başlarda KUR’AN merkezli nefsi terbiye etme amaçlı ortaya çıkmışsa da; sonralarda kişileri yüceltme,…

  6. KUR’AN! Fal?-Nazar?-Büyü? (Mâide,3)”Fal oklarıyla-kehanet yoluyla gelecekte sizleri neyin beklediğini öğrenmeye çalışmak fısktır-kötü bir eylemdir; çünkü bu yoldan çıkmaktır.” Fal ile…

  • BAKMAK ve GÖRMEK

    BAKMAK ve GÖRMEK

                Kimi yazılarımda ‘ben söze bakarım’ dediğim için eleştiriler almıştım.             Bu uzsözün tamamı; “ben söze bakarım söz mü diye, bir de söyleyene bakarım adam […]


  • “Can güvenliği her şeyin önünde…”

    “Can güvenliği her şeyin önünde…”

    Yaşanan depremler olası İstanbul’da beklenen depremi gündeme taşıdı. Uzmanlar İstanbul’da yıkıcı depremin olabileceğini söylüyor ve tedbir almada geç kalınmaması gerektiğinin altını çiziyorlar. Prof. Dr. Naci […]


  • Bir Günah Gibi

    Bir Günah Gibi

    Kimin yazdığını bilmiyorum, ancak çok duygusal bir kişinin yazdığına emin olduğum bir şarkı sözü vardır. Aslında şarkı bir Rus halk şarkısından gelmekte, ‘Oçi Çorniye’. Şarkının […]


  • Tasavvuf; Kullara Tapınma? KUR’AN!?

    Tasavvuf; Kullara Tapınma? KUR’AN!?

    Tasavvuf konusu; ilk başlarda KUR’AN merkezli nefsi terbiye etme amaçlı ortaya çıkmışsa da; sonralarda kişileri yüceltme, söylediklerini buyruk kabul etme zaafı ile kutsallaştırılmışlara-kullara tapınma haline […]


  • SEÇİMLERDE SEÇMEN; YA T.C. YA DA YIKIM VE KAOS DİYECEK

    SEÇİMLERDE SEÇMEN; YA T.C. YA DA YIKIM VE KAOS DİYECEK

    Türkiye’de önümüzdeki dönemde yapılacak seçimler için, herkesinde gördüğü gibi, ABD bilerek kendine bağlı işbirlikçilerle beraber R.T.E. -K.K. üzerinden Türkiye’ye anti demokratik ve totaliter içerikli iki […]


  • PROTEİN EKSİKLİĞİ

    PROTEİN EKSİKLİĞİ

    Ülkelerin gelişmesini, proteinli gıdalarla beslenen gençler ve kuşaklar sağlar. Her Japon çocuğu mutlaka yumurta yer, et, balık, fındık, badem yer, süt içer. Her Alman çocuğu […]


  • Kocaseyit

    Kocaseyit

    1929’da Havran’a gelen Gazi Mustafa Kemal Atatürk  ,Nahiye Müdürüne , ” Havran köylerinden birinde bir Seyit Onbaşı olacaktı onu bulup getirin” der. Seyit Onbaşı’nın hangi köyde olduğunu bilmeyen Nahiye Müdürü “Emriniz olur.Buluruz […]


  • Diploması Gizlenen Cumhurbaşkanı Kim?

    Diploması Gizlenen Cumhurbaşkanı Kim?

    Yukarıdaki başlık sayın Emin Çölaşan’ın  dünkü  yazısının başlığıdır.  Sayın Sultan Uçar    “Diploma kayalara çarpmış’başlığı ile sayın Cumhurbaşkanının diplomasını sorgulamış. Sayın Fatih Portakal ise “En azından […]


  • Bir Şahin’in inanılmaz yolculuğu

    Bir Şahin’in inanılmaz yolculuğu

    Kuşlar yılın farklı zamanlarında besin kaynaklarının mevcudiyetine ve iklim koşullarına bağlı olarak kışı geçirecekleri alanlara veya üreme alanlarına göç ederler. Göç eden kuşların çoğu Avrupa, […]


  • Orta Asya’da Türkler

    Orta Asya’da Türkler

    Türkmenistan’daki ‘Türk’ ile Türkiye’deki ‘Türk’ aynı insanları mı ifade ediyor? Eğer öyleyse, neden ikisinin arasında isimleri başka insanlara atıfta bulunan ülkeler var? İran, Irak, Suriye […]


  • Tercihleri ile Yavaş Yavaş Ölümü Seçmek veya Seçmemek

    Tercihleri ile Yavaş Yavaş Ölümü Seçmek veya Seçmemek

    “Yavaş yavaş ölürler okumayanlar” diyor şair. Yaşam Tercihimizde Yavaş Yavaş Ölümü Mü? Yoksa Yaşamı Anlayarak Ölmek mı? Brezilyalı şair Martha Medeiros’un 1961 yılında yazdığı “Ağır […]


  • HANGİ TATAR?-HÜSEYİN MÜMTAZ

    HANGİ TATAR?-HÜSEYİN MÜMTAZ

    HANGİ TATAR? HÜSEYİN MÜMTAZ KKTC Cumhurbaşkanı Tatar bir gazetecinin; “14 Mayıs sonrası Türkiye politikasını değişirse siz aynı çizgide kalmaya devam edecek misiniz?” sorusuna, “Böyle doğdum, […]


  • Marmaris, İngilizler için daha maliyetli…

    Marmaris, İngilizler için daha maliyetli…

    Turizm sezonunda bu yıl daha çok İngiliz Türkiye’ye gelecek. Özellikle Marmaris, Bodrum gibi tatil yörelerinde bu yaz daha çok İngiliz göreceğiz. Marmaris, Dalaman ve Bodrum’a […]


  • Yine bir deprem uyarısı…

    Yine bir deprem uyarısı…

    Depremler tehlikesi halen devam ediyor. Uzmanlar yeni depremler konusunda yeni uyarılarda bulunuyor. Şimdi de Bingöl masaya yatırıldı. Bingöl’de de deprem olabileceği konusunda yeni uyarılar geldi. […]



Posted

in

by