Güney Azərbaycan Siyasi Təşkilatlarının, Cənab Prezident İlham Əliyevə Türk Dövlətlər Təşkilatındakı çıxışı üçün təşəkkür məktubu


Okuma Süresi: 2 Dakika

Azərbaycan respublikası prezidenti Cənab Prezident İlham Əliyev;
Güney Azərbaycan siyasi təşkilatları olaraq sizin Özbəkistanda keçirilən Türk Dövlətlər Təşkilatında müstəqil Azərbaycandan ayrı düşmüş Azərbaycanlıların dil, mədəniyyət, tarixi və özəlliklə də təhlükəsizliyinin qorunmasına diqqət çəkməniz, Azərbaycan dövlətinin bu xüsusda laqeyd qalmayacağını bildirməniz, eləcə də digər Türk Ölkələrinin bu məsələyə nəzərlərini cəlb etməniz Güney Azərbaycan Türklərini dərindən sevindirmişdir.  Sizin çıxışınız İranın totalitar rejiminin təzyiqləri altında öz hüquqları və azadlıqları uğrunda mübarizə aparan Güney Azərbaycanlılara böyük ümid qaynağı olmuşdur. Çünki onlar görürlər ki bu mübarizələrində yalnız deyillər və öz doğma dövlətləri onların arxasındadır.
Qeyd etmək istəyirik ki, bu gün Quzey Azərbaycan mediasının, Arazın güneyində yaşayan soydaşlarının problemlərini və mübarizələrini açıqcasına bəyan etməsi də Güney Azərbaycanda böyük sevinc və ümidə səbəb olmuşdur və Arazın o tayı ilə bu tayındakı birlik və bərabərlik ruhunu hər zaman olduğundan daha güclü hala gətirmişdir.

Hörmətli Cənab Prezident,
Biz bir neçə Güney Azərbaycan siyasi təşkilatı olaraq, Güney Azərbaycan və İranın digər bölgələrində yaşayan on milyonlarca Azərbaycan Türkünün hüququ və təhlükəsizliyinə görə çəkdiyiniz qayğıdan dolayı sizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. İnanırıq ki siz əsil dövlət və millət xadimi kimi tarixdə layiqli yerinizi alacaqsınız.
Allah Azərbaycanı qorusun və ucaltsın.

Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirənis‌ Təs‌kilatı (Dirənis‌)
Azərbaycan O‌yrənci Hərəkatı (AZOH)
Gu‌ney Azərbaycan Demokrat Partiyası (GADP)

14/11/2022


“Güney Azərbaycan Siyasi Təşkilatlarının, Cənab Prezident İlham Əliyevə Türk Dövlətlər Təşkilatındakı çıxışı üçün təşəkkür məktubu” için bir cevap

  1. Cenab Prezidentimiz, Ali Baş Komandana çox dəyərli, gərəkli çıxışıña görə sonsuz təşəkkür edirəm

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Aliyar Kamran
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Diğer Yazıları
Bugün Gündem

Son Gelen Mesajlar

  1. Hedef karanlık çağlara dönmek olduğundan insanımızın karanlığa alışması gerekir.Mevcut uygulama maksada uygundur (Desek mi aceb..)

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.