İran parlamentinin üzvləri etirazçıların edam edilməsini tələb ediblər

İran parlamentinin 277 üzvü etirazçıları “müharibə”də ittiham edərək onlar barəsində edam cəzası verilməsini tələb ediblər. - 0 1667774534

Onlar etirazçıları İran qanununda ən ağır ittiham sayılan “müharibə”də günahlandırıblar.

İran parlamentinin 277 üzvü etirazçıları “müharibə”də ittiham edərək onlar barəsində edam cəzası verilməsini tələb ediblər.

Bununla bağlı bəyanat qəbul edən millət vəkilləri narazıları “İŞİD”çilərə oxşadaraq onların ən aır şəkildə cəzalandırılmalarını istəyiblər.

Bu bəyanat bazar günü bir qrup etirazçının Mərican və Sərvabad şəhərlərinin İran parlamentindəki nümayəndəsi Şiva Qasiminin ofisinə bir qrup etirazçının hücumundan sonra qəbul edilib.

Bundan öncə İran parlamentinin başçısı Məhəmmədbaqir Qalibaf etirazçıların SİA və MOSSAD tərəfindən ələ alındıqlarını iddia etmişdir.

Okumaya devam et  Tasuanın yas mərasimi ilə eyni vaxtda Azərbaycan Milli fəallar Təbriz şəhərinin zibilını topladılar

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir