SEPAH-a bağlı agentlik “Anadolu”ya qarşı kampaniyaya başlayıb

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus “Fars” xəbər agentliyi Türkiyənin “”Anadolu” xəbər agentliyi ilə əməkdaşlığın dayandırın” adlı kampaniyaya başlayıb. - a ba l agentlik nadolu x b r agentliyinin f aliyy tini qada an

“Fars” xəbər agentliyi Türkiyənin “Anadolu” xəbər agentliyinin fəaliyyətinin qadağan olunmasını istəyir. Agentlik bununla bağlı kampaniyaya başlayıb.

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus “Fars” xəbər agentliyi Türkiyənin “”Anadolu” xəbər agentliyi ilə əməkdaşlığın dayandırın” adlı kampaniyaya başlayıb.

KİV  bu nüfuzlu xəbər agentliyinin İranda fəaliyyətinin qarşısının alınmasını istəyir.

“Fars” “Anadolu” agentliyinin İranla bağlı qərəzli xəbərlər dərc etdiyini bəhanə edərək Mədəniyyət və İslami Maarif Nazirliyindən bununla bağlı ölçü götürülməsini istəyib.

“Türkiyənin “Anadolu” xəbər agentliyinin İrana qarşı yalanlar dərc etdiyini, İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı müqavimət qruplarını terrorçu adlandırdığını, separatçı xəbərlər yaydığını, şimal-qərb əyalətlərində separatçı

şəxsləri, qrup və qurumları dəstəklədiyini və ölkənin milli təhlükəsizliyinə qarşı qərəzli xəbərlər dərc etdiyini nəzərə alaraq Mədəniyyət və İslami Maarif Nazirliyindən bu xəbər agentliyi ilə əməkdaşlığı dayandırmağı və onun ofis və nümayəndəliklərinin bağlanmasını istəyirik”-deyə, “Fars” xəbər agentliyi yazıb.

Qeyd edək ki, son vaxtlar “Anadolu” xəbər agentliyinin İranda baş verən hadisələri işıqlandırması, ara-sıra azərbaycanlı milli-mədəni fəallara və Qaşqay türklərinə basqılar barədə xəbərlərə yer verməsi “Fars” xəbər agentliyinin və oxşar media orqanlarının narahatlığına səbəb olub.

Okumaya devam et  İran televiziyasından növbəti təhqir

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir