İranın Tacikistandakı keçmiş səfiri azərbaycanlıları təhqir edib


Okuma Süresi: 2 Dakika

Təbrizin keçmiş millət vəkili, İranın Tacikistanda keçmiş səfiri Əliəsgər Şeirdust Azərbaycan haqqında həqarətli fikirlər səsləndirib. ​​​​​​​Bu haqda video sosial şəbəkələrdə yayılıb.

“Klub Haus”da çıxış edən diplomat bildirib ki, İran rəsmiləri Azərbaycanda İran haqqında səslənən fikirlərə baş qoşmamalıdır:

“Onlara üz vermək lazım deyil. Cənubi Azərbaycan deyə bir şey yoxdur. Mən bunu vaxtilə Azərbaycanda televiziya kanallarında da demişəm.

İllər əvvəl onların böyük şəxsiyyətlərindən biri bizə qonaq gəlmişdi. O gedəndən sonra gördüm ki, anam su borusunu əlinə alıb xalçaları, evi yuyur. Dedim ki, niyə belə eləyirsən. Anam cavab verdi ki, onlar murdardır (daha təhqiramiz ifadə işlədir) ona görə də evi təmizləyirəm.

Bizim onlara baxışımız belə olub. Azərbaycan kimdir ki, İrana torpaq iddiası etsin!?”

Diplomat həmçinin Cənubi Azərbaycanın müstəqilliyi ilə bağlı səslənən fikirləri zarafat kimi qəbul etməyin lazım olduğunu deyib.

Qeyd edək ki, Əliəsgər Şeirdust bundan öncə davamlı olaraq Azərbaycan və azərbaycanlılara qarşı mövqeyi, fars miliyyətçiliyinin təbliği uğrundakı fəaliyyətlərinə görə Güney azərbaycanlılar tərəfindən qınanılıb.

2021-ci ilin sentyabr ayında o, 18 sentyabrın Şəhriyarın anım gününü “milli fars şeiri və ədəbiyyatı günü” kimi qeyd edilməsini təklif edib və onun təklifi qəbul edilib.

1962-ci ildə Təbrizdə dünyaya gələn və çoxsaylı vəzifələrdə çalışan Əliəsgər Şeirdust islam inqilabı ideyalarının, fars dili və ədəbiyyatının Orta Asiya və Qafqazda yayılması sahəsindəki fəaliyyətlərinə görə dəfələrlə hökumət tərəfindən mükafatlandırılıb.

Məhəmməd Füzulinin Bakıda keçirilən 500 illik yübleyində Ə.Şeirdust keçmiş prezident Heydər Əliyevə şairin farsca şeirlərindən ibarət neçə cildlik divanını təqdim edib.

“Məhəmməd Füzuli Azərbaycan şairidi və Azərbaycan dilində əsərlər yaradıb.

Bəs onun öz ana dilində yazdığı şeirləri niyə nəşr etmirsiniz”-deyə, mərhum prezident Heydər Əliyev də ona iradını bildirmişdi.


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Aliyar Kamran
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Diğer Yazıları
Bugün Gündem

Son Gelen Mesajlar

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.