Ana dili hərəkatı fəalı Əlirza Fərşi zindana qayıdıb


Okuma Süresi: 1 Dakika

Ana dili hərəkatı fəalı Əlirza Fərşi sentyabrın 14-də elektron qandalı Tehranın Baharistan Prokurorluğuna təhvil verdikdən iki gün sonra “Böyük Tehran” zindanına gedib.

Onun nəzarət məntəqəsində 8 saat gözlədildikdən sonra şəxsi əşyaları və kitablarını özünə vermədən Evin zindanının karantin bölməsinə aparıldığı bildirilir.

Tibbi məzuniyyətdə olan Əlirza Fərşi sentyabrın 11-də Tehran Apellyasiya Məhkəməsinin 36-cı bölməsinə getdikdə ona elektron qandalı təhvil verib zindana qayıtmalı olduğunu bildirilib.

Fəala 4 il həbs və Xuzistan əyalətinin Bağməlik bölgəsinə 2 illik sürgün cəzasının icra ediləcəyini deyilib.

Onun gözünə edilən əməliyyatdan sonra həkimlərin müalicəni davam etdirməsi barədə rəyi məhkəmə nəzərə alınmayıb.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Bir neçə gün öncə ona açılan yeni cinayət işinə görə, həbs cəzası 2 il artırılaraq 4 il edilib.


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Aliyar Kamran
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Diğer Yazıları
Bugün Gündem

Son Gelen Mesajlar

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.