“Su payı təmin edilməzsə, Urmu gölü tamamilə quruyacaq”-Ətraf Mühitin Mühafizəsi Təşkilatı

Bununla yanaşı, Qərbi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Səid Şəhənd gölün quruması nəticəsində bölgənin ekosisteminin məhv olması təhlükəsinin günü-gündən artdığı barədə xəbərdarlıq edib. - traf hitin hafiz si kilat n n r smisi u pay t min

Arzu Əşrəfizadə “İSNA” xəbər agentliyinə müsahibəsində xəbərdarlıq edib ki, tələb olunan su payı təmin edilməzsə, payız yağışlarının gecikməsi və yüksək buxarlanma səbəbindən Urmu gölü tamamilə quruyacaq.

Bununla yanaşı, Qərbi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Səid Şəhənd gölün quruması nəticəsində bölgənin ekosisteminin məhv olması təhlükəsinin günü-gündən artdığı barədə xəbərdarlıq edib.

O, quruma səbəbindən gölün sahili ilə adaların birləşdiyini, yırtıcı heyvanların adalara getdiyini və bu səbəbdən adalardakı heyvanların nəslinin tükənmək təhlükəsi ilə üzləşdiyini deyib.

Urmu Gölünün Bərpası Qərargahının nəzarət və monitorinq bölməsinin keçmiş rəhbəri Əlirza Şəriət isə duz fırtınalarının milyonlarla insanın həyatına təhlükə törətdiyi barədə xəbərdarlıqları bir daha təkrar edərək. bölgədə kənd təsərrüfatı sahəsi və bitki örtüyünün yox olacağı barədə danışıb.

Təxminən 10 il əvvəl Urmu Gölünün Bərpası Qərargahı işə başlayanda onu xilas etmək üçün 15 min milyard tümən vəsait ayrıldığı iddia edilmişdi.

Urmu Su Hövzəsinin başçısı Məsud Baqirzadənin sözlərinə görə, cari ildə Urmu gölünün büdcəsi 215 milyard tümən olub. Ancaq görünür, bu vəsaitlə gölün problemi həll olunmayacaq.

Ekspertlərin dediyi kimi, Urmu gölü də İranın başqa ekoloji əraziləri kimi yanlış idarəçiliyin qurbanıdır.

Qeyd edək ki, rəsmi statistikaya görə Urmu gölünün 90 faizdən çoxu quruyub.

Bərpa layihələrinin bu günə qədər gecikdirilməsi yaxın gələcəkdə gölün tamamilə məhvinə səbəb olacaq.(https://www.aznews.tv/su-payi-t%c9%99min-edilm%c9%99zs%c9%99-urmu-golu-tamamil%c9%99-quruyacaq-%c9%99traf-muhitin-muhafiz%c9%99si-t%c9%99skilati/)

Okumaya devam et  Asif Ata və Güney Azərbaycan

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir