Evin zindanında saxlanılan azərbaycanlı fəal Yaşar Tohidinin durumu ağırlaşıb


Okuma Süresi: 1 Dakika

Evin zindanının 8-ci bölməsində saxlanılan öyrənci hərəkatının azərbaycanlı fəalı Yaşar Tohidinin durumu ağırlaşıb. Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Yaşar Tohidi xəstə olsa  da zindan məsulları dərman çatışmazlığını bəhanə edərək ona dərman preparatlarının çatdırılmasına imkan vermirlər.

Hüquq müdafiəçiləri məsulları hərəkətini Yaşar Tohidiyə əlavə təzyiq göstərmək və ona qarşı işkəncə olduğunu yazıblar.

İyunun 7-də Tehranda yaşayan öyrənci hərəkatının fəalı Yaşar Tohidi barəsində çıxarılan həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına aparılıb.

O,  İman Əfşarinin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən “Marsksist cərəyanlara üzv olmaqla ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq” ittihamı ilə 3 il 5 ay həbs cəzasına məhkum edilib.

Yaşar Tohidi 23 iyun 2021-ci ildə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının təhlükəsizlik təcridxanasına köçürülüb.

Öyrənci fəalı 12 gün dindirildikdən sonra 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Tohidi bundan öncədə dinc fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb(https://www.aznews.tv/evin-zindaninda-saxlanilan-az%c9%99rbaycanli-f%c9%99al-yasar-tohidinin-durumu-agirlasib/)


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Aliyar Kamran
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Diğer Yazıları
Bugün Gündem

Son Gelen Mesajlar

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.