Milli fəal Şahin Bərzgər barəsində çıxarılan qərarın icrası üçün çağrılıb

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən çağırışda milli fəalın atası Nəsrullah Bərzgərdən oğlunun 30 gün müddətində barəsində çıxarılan cəzanın tətbiqi üçün adı çəkilən bölməyə təhvil verməsi istənilib. - illi f al ahin rzg r bar sind xar lan q rar n icras
,

Milli fəal Şahin Bərzgər barəsində çıxarılan qərarın icrası üçün çağrılıb O, Təbrizin Ümumi və İnqilab prokurorluğunun qərarların icrası idarəsinin 1-ci bölməsinə çağrılıb.

Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən çağırışda milli fəalın atası Nəsrullah Bərzgərdən oğlunun 30 gün müddətində barəsində çıxarılan cəzanın tətbiqi üçün adı çəkilən bölməyə təhvil verməsi istənilib.

Bildirişdə əks təqdirdə Şahin Bərzgərin atasının qoyduğu girovun dövlətin xeyrinə mənimsəniləcəyi qeyd olunmasına baxmayaraq, Bərzgər ailəsinin bank hesabı qanunsuz olaraq dondurulub.

Qeyd edək ki, Şahin Bərzgər 2021-ci il yulun 24-də Təbrizdə Xuzistan ərəblərinə dəstək məqsədilə keçirilən aksiya ilə bağlı saxlanılmışdı.

Rza Fruğinin başçılıq etdiyi Cəza Məhkəməsinin 111-ci bölməsində “kiberməkanda kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək” ittihamı ilə 4 milyon tümən cərimə və 50 gün həbs cəzasına mühakimə edilmişdi.

Milli fəal 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda başqa milli fəallarla birlikdə Təbrizdə saxlanılıb.

Şahin Bərzgər təxminən 100 gün İranın təhlükəsizlik təşkilatının həbsxanasında saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

2020-ci ilin avqust ayında Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə 12 ay həbs cəzasına məhkum edilən milli fəalın cəzası 3 aya azaldılıb və həmin cəza 3 milyon tümən nağd cərimə ilə əvəz edilib.

Bununla yanaşı daha əvvəl Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi Bərzgərə “ictimai asayişi pozmaq” ittihamından bəraət verib.(https://www.aznews.tv/milli-f%c9%99al-sahin-b%c9%99rzg%c9%99r-bar%c9%99sind%c9%99-cixarilan-q%c9%99rarin-icrasi-ucun-cagrilib/)

Okumaya devam et  Xoyda zəlzələdə ölən və yaralananların sayı açıqlanıb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir