Tarixin dəyişməz qanunu var: İdealizm qandan qidalanır, qanla suvarılır.

Tarixin dəyişməz qanunu var: İdealizm qandan qidalanır, qanla suvarılır. - yasemen qaraqoyunlu

Tarixin dəyişməz qanunu var: İdealizm qandan qidalanır, qanla suvarılır.

Dugin idealizmi qanla suvarıldı. Dugin qurban verdi. Dugin bilirdi ki, İdealizm qurban tələb edir. Bədəl ödəmək tələb edir. Dugin buna hazır idi. Dugin Rus ruhunu, imperiya qürurunu təmsil edən rus dərvişi-filosofu idi.

Rusiya nifrətə layiqdir. Dugin də. Düşmənimizdir. Çarqrad mərkəzli(İstanbul) Avrasiyaçılığı da SSRİ nin yenidən bərpasından başqa bir şey deyil. Lakin Çarqrad mərkəzli SSRİ daha geniş idi, Dugin interpretasiyasında III Roma idi. Həm slavyanları həm ortodoksları birləştirirdi.

Lakin, Azərbaycanda son 50-30 ildə öz dövlətini, millətini yüksəltmək istəyən bir nəzəriyyəçi , Dugin səviyyəsində filosof-professor yetişməyib. Azərbaycanda Hansı filosof professora yaxınlaşırsan görürsən dövlət ağlı, strateji arzusu, idealı yoxdur, mən siyasətə qarışmıram, elmlə məşğul oluram deyib məsuliyyətdən qaçır. Halbuki bütün sosial elmlər siyasətlə iç-içədir. Bizdə Duginlər yetişmədi. Fəlsəfə ilə siyasətşünaslığı sintez edən nəzəriyyəçi yetişmədi…

Dugin Rusiyanı ölməyə qoymayan, diriltməyə çalışan idealistdir. AMEA sistemində Azərbaycanı yüksəltməyə çalışan gerçək idealist görmədim, fikirsiz, diplomlu, titullu məmur professorlar gördüm.

Dugin bizim düşmənimizdir, bəs bizdə Rus düşməni olan filosof-professor gördünüzmü. Bizimkilərin başı, ruhu, düşüncəsi Rusiyaya bağlı deyilmi? Bizimkilər düşüncə və dünyagörüş etibarilə həm Batının həm Rusiyanın kölələridir. Azərbaycanda nə Rusiyaya nə Batıya alternativlər ürətmək mümkün deyil. Azərbaycanlı Rusiyanı düşmən, Batını dost bilir. Oysa ki, tarixi yaxşı bilsə görərdi ki, Qacarları İngilislər, Qafqazları Ruslar çöktürmüşlər. İkisindən də qorunmaq önəmlidir. İkisinə də alternativlər ürətilməlidir. Dugin Batı köləsi deyil, Batıya alternativlər ürətən Rus oğlu rusdur. Dugin Avrasiyaçı idi, bizimkilər isə Rusiyaçıdır. Bizimkilər nə Asiyaçıdır, nə Avrasiyaçıdır, nə Turançıdır. Fəlsəfədə, strategiyada Türk kimi düşüncə ürətən Türk oğlu türk gördünüzmü? Azərbaycanda strategiya yaradan, millət doğuran nə siyasi lider nə bir nəzəriyyəçi filosof yetişmədi. Yazarlar isə milli hədəf bəlirləyən dünya görüş, intellekt sahibləri deyil. Bizimkilərin diplimu var, lakin nə milliyyət düşüncəsi var, nə də hansısa bir fikri, nə də əməli. İşıq kimi qəlbləri aydınladan, yarınlara umud qatan bir obraz, bir fikir, bir dövlət adamı yetişdirmədik. Bizim təfəklürümüz ədəbiyyatda ilişib qalıb. Müstəmləkə toplumlarında təfəkkür yalnız ədəbiyyat ürətir. Hakim toplumlarda təfəkkür fəlsəfə və strategiya ürətir. Dugin fəlsəfə və strategiya ürətirdi. Strategiyası düşmən. Fəlsəfəsi isə diqqətəlayiqdir.

Okumaya devam et  Qalib lider

Dugin nə qədər düşmən olursa olsun, Haydeqqerdən əxz etdiyi mədəniyyətlərin eqzistensiyası və Çox qütblü dünya nəzəriyyəsi-Plüversium ideyası bizim də varlıq fəlsəfəmizdir. Bu fəlsəfə inkişaf etdirilməlidir.

TDT çox qütblü dünya təsəvvürünün gerçəkləşməsidir.
P.S. Dugin, Əli Şəriəti və Fukuyama bir-birlərinə çox bənzəyirlər. Üçü də öz mədəniyyətlərinin qalıcılığı və zəfər çalması üçün iztirab yaşamışlar. Mədəniyyətlərini ürəklərindəki sevgi və atəşlə alovlandırmağa çalışmışlar.
Dugin Rus ruhunun ölməməsi üçün çox çalışdı.
Rus ruhu ölsə yaxşıdır. Avrasiyanı çox qanlara boyadı. Rus hegemonluğu və yayılmaçılığı qana, despotizmə və gücə, silaha əsaslanır.
Türk yayılmaçılığı barışcıl, uzlaşımçı, içsəlləştirici xarakter daşıyır. Osmanlı, Babur, Səlçuklu, Qəznəvi, Qızılbaş dövlətlərinin sosio-kültürəl çöhrəsi bunu göstərir. Osmanlı Balkanlara silahla deyil, sufi dərvişlərlə, qanla deyil könül gözü ilə yayılmışdılar. Osmanlı 72 milləti-plüralust xoşgörü ənənəsi ilə birləştirmişdi. Multikuturalist mədəniyyət yaratmışdı-çoxluqda birlik yaratmışdı. Baburlar İslamla -İnduizmi sintez etmişdilər, Səlçuklular, Qəznəvilər Fars dilini və ədəbiyyatını bütün ortadoğuya yaymışdılar. Ərəb dilini Afro-Avrasiyaya yaymışdılar. Nə rus dili və rus faşizminə əsaslanan çar və sovet Rusiyasında, nə latın, fransız, ingilis dilinin hegemonluğuna əsaslanan Avropasentrist German irqçiliyində, imperialuzmində belə örnəklər yoxdur.

Batı Afro-Avrasiyanı-Amerikanı 1500-cü ildən bəri qanla suvarmaqda.
Duginin Rusiyası isə SSRİ dövründə 110 milyon insanı qətl etmişdi, onun 60 milyonu türk idi. SSRİ-nin bərpa edilməsinə qarşı savaşmalıyıq!!!

Yasemen Qaraqoyunlu-baki / TURKISHFORUM- ABDULLAH TÜRER YENER


Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir