Milli fəal Şahin Bərzgər məhkəməyə çağırılıb

Çağırışda Şahin Bərzgərdən prokurorluğun 15-ci bölməsinə getməsi istənilib. - berzger sahin

Milli fəal Şahin Bərzgər məhkəməyə çağırılıb. Ona Təbrizin Ümumi və İnqilab Prokurorluğu məhkəmənin elektron sistemi vasitəsilə bildiriş gəlib.

Çağırışda Şahin Bərzgərdən prokurorluğun 15-ci bölməsinə getməsi istənilib.

Bundan öncə iyulun 13-də İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Təbrizdə milli fəalın evinə basqın etmiş, o evdə olmadığı üçün həbs edə bilməmişdilər.

Fəalın ata evinin qapısını sındıraraq mənzilə daxil olan məmurlar Şahin Bərzgərin ailə üzvləri Şəhab və Şadi Bərzgəri döyüb, onlara ağır bədən xəsarətləri yetiriblər.

Şahin Bərzgər bundan əvvəl də azərbaycanlıların demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif basqılara məruz qalıb.(https://www.aznews.tv/milli-f%c9%99al-sahin-b%c9%99rzg%c9%99r-m%c9%99hk%c9%99m%c9%99y%c9%99-cagirilib/)

Okumaya devam et  Zəfərin təntənəsi

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir