Güneyli fəal Məleykə Qaragözlü qeyri-müəyyən şəraitdə saxlanılır

Qaragözlünün vəkili Məhəmmədəli Kamfiruzi müvəkkilinin həbsinin qanunsuz olduğunu deyib və bunu insan haqları prinsiplərinin kobudca pozulması adlandırıb. - neyli f al qeyri m yy n rayitd saxlan l r 0 1660798317

“Əllamə Təbatəbayi” Universitetinin jurnalistka fakültəsinin öyrəncisi, gənc fəal Məleykə Qaragözlünün həbsindən 36 gün keçir. lakin o, hələ də o qeyri-müəyyən şəraitdə saxlanılı.

Qaragözlünün vəkili Məhəmmədəli Kamfiruzi müvəkkilinin həbsinin qanunsuz olduğunu deyib və bunu insan haqları prinsiplərinin kobudca pozulması adlandırıb.

“Məleykə Qaragözlünün psixi və fiziki durumu yaxşı deyil. Ona qarşı ağır qondarma ittihamların irəli sürüldüyü görünür”-deyə, vəkil bildirib.

Onun dediyinə görə, bu günə kimi Qaragözlü ailəsinin Evin zindanının prokurorluğuna müraciətləri cavabsız qalıb.

Məhəmmədəli Kamfiruzi, Məleykə Qaragözlünün həbsinin əvvəldən qanunsuz olduğuna bir daha diqqət çəkərək, onun barəsində araşdırmaların sona çatmasına baxmayaraq ittihamları barədə açıqlama verilməməsini ikiqat qanun pozuntusu adlandırıb.

Vəkil Qaragözlünün sağlıq durumunun aır olduğunu və baş verəcək bütün xoşagəlməz hadisələrə görə İran məhkəmə sisteminin məsuliyyət daşıdığı barədə xəbərdarlıq edib.

“Bu günə kimi dəfələrlə Məleykə Qaragözlünün ailəsi 10 dəfə Evin prokurorluğuna gediblər. Bir neçə dəfə onlara övladlarının girov qarşılığında müvəqqəti azadlığa buraxılacağını bildiriblər.

Ancaq ailənin girovu hazırladığından sonra məsullar qərarın dəyişdiyini iddia ediblər”-deyə, vəkil, məhkəmə və zindan məsullarının qanunsuz hərəkətlərinin heç bir məntiqə sığmadığını deyibb.

Məleykə Qaragözlü 13 iyulda məcburi hicaba etiraz olaraq yaylığını başından açıb atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

O, bundan öncə 2019-cu il oyabrın 18-də Tehran Universitetinin qarşısında keçirilən etiraz aksiyaları zamanı da saxlanılıb və 6 ay həbs cəzasına məhkum edilərək Evin zindanına köçürülmüşdür.

Okumaya devam et  Tarixin dəyişməz qanunu var: İdealizm qandan qidalanır, qanla suvarılır

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir