Urmu gölü ilə bağlı aksiya keçirilib

Urmu gölünün qurumuş yatağında keçirilən aksiya zamanı ekoloji problemlə bağlı fəallar tərəfindən qəbul edilmiş bəyanat oxunub. - rmu g l il ba l aksiya ke irilib 0 1660327815

Güney Azərbaycan müxtəlif şəhərlərindən olan bir qrup mədəni və çevrə fəalı Urmu gölü ilə bağlı aksiya keçirib və gölün simvolik qorunması məqsədi ilə insan zənciri yaradıblar.

Urmu gölünün qurumuş yatağında keçirilən aksiya zamanı ekoloji problemlə bağlı fəallar tərəfindən qəbul edilmiş bəyanat oxunub.

“Burada bir həyat son nəfəslərini verməkdədir, burada bir həyat can çəkişməkdədir.

Daha doğrusu burada bir həyata, bir gölə, bir millətin taleinə, milyonlarca insanın gələcəyinə qəsd edilməkdədir.
Bu gün Azərbaycanımızın simgəsi olan bu gölün artıq son nəfəslərini verməsinin canlı şahidi olaraq bu ehtizar hikayəsinə son verilməsini elan etmək üçün burada toplaşmışıq.

Bu göl ehya olunmalıdır, bunun başqa hər hansı yolu yoxdur”-deyə, fəalların bəyanatında bildirilib.(https://www.aznews.tv/urmu-golu-il%c9%99-bagli-aksiya-kecirilib/)

Okumaya devam et  Azərbaycan işıqlı ölkəyə çevrilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir