Salman Rüşdiyə hücum edən şəxs İran və SEPAH tərəfdarıdır


Okuma Süresi: 1 Dakika

Nyu-York polisi avqustun 12-də hücum “Şər ayələri” kitabının müəllifi Salman Rüşdiyə hücum edənin kimliyini açıqlayıb və onun Nyu Cersidən olan 24 yaşı Hadi Mətər olduğunu bildirib.

Məlumatda terrorçunun İrana və İran rəhbərlərinə rəğbətinin olduğu, özünün facebook sosial media hesabında SEPAH və Tehran hökumətinin başçılarını və şiəliyi dəstəkləyən paylaşımlar etdiyi bildirilib.

Onun hesabında Ruhullah Xomeyni, Əli Xameneyi və SEPAH-la bağlı fotoların olduğu qeyd olunub.

Yazıçıya hücum xəbərindən sonra İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandiri İsmail Qaani çıxış edərək Amerikanın keçmiş prezidenti Donal Tramp və onun xarici işlər naziri Mayk Pompeonu təhdid edib.

“Daha öz evinizdə də təhlükəsizliyiniz olmayacaq, bundan sonra Donald Tramp və Mayk Pompeo da Salman Rüşdi kimi yaşamağ məcbur olacaqlar”-deyə, Qaani onları terrorla hədələyib.

Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Qərbi Nyu Yorkda çıxışı başlamazdan əvvəl hücuma məruz qalıb.

Onun vəziyyətinin ağır olduğu. hal-hazırda süni tənəffüs aparatına qoşulduğu bildirilir.(https://www.aznews.tv/salman-rusdiy%c9%99-hucum-ed%c9%99n-s%c9%99xs-iran-v%c9%99-sepah-t%c9%99r%c9%99fdaridir/)


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Aliyar Kamran
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Diğer Yazıları
Bugün Gündem

Son Gelen Mesajlar

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.