İranda 4 min məmur övladı xaricdə yaşayır

Qolpayeqani bildirib ki, İslam Şurası Məclisinə məktub yazaraq, parlamentin məsələyə münasibətini öyrənmək istəsə də, bununla bağlı heç bir qəti tədbir görülməyib. - msg 1181644289 9056

İranın “Əmr be Məruf və Nəhy əz Münkər” (pis işlərdən çəkindirmək, yaxşı işlərə dəvət etmək) Qərargahının rəisi Məhəmmədsaleh Haşimi Qolpayeqani hazırda 3-4 min məmur övladının xaricdə yaşadığını deyib.

Qolpayeqani bildirib ki, İslam Şurası Məclisinə məktub yazaraq, parlamentin məsələyə münasibətini öyrənmək istəsə də, bununla bağlı heç bir qəti tədbir görülməyib.

O, daha sonra qeyd edib: “Bir sıra hökumət rəsmiləri övladlarının xaricdə yaşamasına baxmayaraq, onlar hələ də hakimiyyətdə səlahiyyət sahibidirlər. Bununla yanaşı, onlar arasında bu sahədə sanki bir yarış da var”.

İran rəsmisi sonda qeyd edib ki, ölkəni tərk edən məmur övladları, əsasən, Avropa, Amerika və Kanadada yaşayırlar.

Qeyd etmək lazımdır ki, İranın dövlət rəsmilərinin əksəriyyətinin övladları və yaxın qohumları düşmən adlandırdıqları Amerikada və digər Qərb ölkələrində yaşayırlar. Tez-tez mətbuatda həmin məmur övladlarının açıq-saçıq geyimləri, qeyri-islami yaşayışları və lüks həyat tərzi ilə bağlı məlumat və görüntülər yayılır.(https://www.aznews.tv/iranda-4-min-m%c9%99mur-ovladi-xaricd%c9%99-yasayir/)

Okumaya devam et  Azerbaycan’da düşen/düşürülen helikopter

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir