Güney Azərbaycan təşkilatları İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıb

“Zəngəzur dəhlizinin açılmasına mane olmaq məqsədilə İran fars rejimi tərəfindən rəsmi olaraq yenə də Azərbaycanın tarixi ərazi gerçəklikləri təhrif olundu, saxta və əsassız bəhanələrlə hədələyici açıqlamalar səsləndirildi. - ney z rbaycan t kilatlar n n ran n anti z rbaycan siyas tl ri il ba l

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi İranın anti-Azərbaycan siyasətləri ilə bağlı bəyanat yayıb

“Zəngəzur dəhlizinin açılmasına mane olmaq məqsədilə İran fars rejimi tərəfindən rəsmi olaraq yenə də Azərbaycanın tarixi ərazi gerçəklikləri təhrif olundu, saxta və əsassız bəhanələrlə hədələyici açıqlamalar səsləndirildi.

İranın uydurma “İran-Ermənistan sərhədinin bağlanması” bəhanəsi əslində onun anti-Azərbaycan və anti-Türk düşmənçiliyindən qaynaqlanır.

Bu bir faktdır ki, İran fars rejimi illərdir işğalçı Ermənistan üzərindən erməni və kürd (PKK, PJAK və s.) terror örgütlərini bəstləyir, Ermənistan ərazisini narkotik və silah qaçaqmalçılığı üçün tranzit olaraq istifadə edir.

Ona görə də İran Zəngəzur dəhlizinin açılması ilə bağlı  yersiz açıqlamaları ilə əslində bölgədə təhlükəsizlik və sabitliyə qarşı çıxır,  regionun siyasi və iqtisadi gəlişməsinə mane olmaqla sülh və əməkdaşlığın yaranmasını istəmir”.

Bəyanatda bildirirlir ki, bu məqsədlə İran rejimi həm də himayə etdiyi terror-təxribat qrupları vasitəsilə din adı altında Azərbaycana qarşı fars siyasi şiəçilik təbliğatı aparır.

“Son günlərdə İranın radikal şiə ünsürlərinin anti-Azərbaycan fəaliyyətlərinin artması, Londondakı Azərbaycan səfirliyinə hücumun təşkili və dövlət bayrağımızın təhqir olunması onun Azərbaycan dövlətçiliyinə qarşı ideoloji və terror xarakterli düşmənçiliyinin  açıq sübutudur.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi hər zaman Azərbaycan dövlət və dövlərçiliyinin yanında olacağını bəyan edir, İran rejiminin bölgəsəl və qlobal strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizi ətrafındakı hədələyici tutumunu qınayır və İran fars rejimindən Azərbaycan dövlətçiliyinə qarşı apardığı təxribat planlarını dayandırmasını tələb edir”-deyə, bəyanatda qeyd olunur.

Bəyanatı Güney Azərbaycan Təşkilatlari İşbirliyi Mərkəzinə daxil olan qurumlar imzalayıb:

1. Güney Azərbaycan Azadlıq Cəbhəsi GAMAC)
2. Azərbaycan Mərkəz Partiyası (AMP)
3. Azərbaycan  Milli Dirəniş Təşkilatı (Dirəniş)
4. Azərbaycan  Öyrənci  Hərəkatı (AZOH)
5. Güney Azərbaycan  Demokrat Partiyası (GADP)
6. Güney Azərbaycan  İstiqlal Partiyası (GAİP)
7. Güney Azərbaycan  Liberal Demokrat Partiyası (GALDP)
8. Güney Azərbaycan Demokratik Türk  Birliyi (GADTB).

Okumaya devam et  “Azərbaycanlılar kran gətiriblər, nəsə qazırlar…” – Zəngəzurun Çakaten kəndi ətrafında vəziyyət

Comments

“Güney Azərbaycan təşkilatları İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıb” için bir yanıt

  1. Əli Vəliyev avatarı
    Əli Vəliyev

    Men de bu beyanatlı destekleyirem! Bu gün İran adlandırılan bu girdirme dövlət TÜRK soylarından qurulmuşdur ve hetta Tehranda 10 milyon AZERBAYCAN TÜRKÜ yaşayır. Onsuz da XXI esrde iran deyilen dovlet parcalanacaq. Bütöv Azərbaycan yaranacaq ve bu da TURANIN inkişafina böyük tekan verecek.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir