Güneyli milli fəal Şükrüllah Qəhrəmanifərd həbs edilib

Yaxınlarının verdiyi məlumata görə, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin 8 əməkdaşı milli fəalın evinə basqın edərək axtarış aparıb. - neyli milli f al h bs edildi 0 1659347246 780x470 1

Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərindən olan milli fəal Şükrüllah Qəhrəmanifərd avqustun 1-i səhər saatlarında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Yaxınlarının verdiyi məlumata görə, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin 8 əməkdaşı milli fəalın evinə basqın edərək axtarış aparıb.

Məmurlar onun telefonunu, kompüterini və kitabları da daxil olmaqla şəxsi əşyalarını özləri ilə aparıblar.

Şükrullah Qəhrəmanifərdin hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, müəllim olan Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.aznews.tv

Okumaya devam et  ICESCO-nun “Qadın İli”nin yekunlarına dair rəsmi mərasim keçirilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir