Ağalı kəndində iki və üçmərtəbəli mənzil tipli daha 150 evin tikilməsi planlaşdırılır


Okuma Süresi: 2 Dakika

Zəngilana həyat yenidən qayıdır. Bu günlərdə ilk köçün həyata keçirildiyi Zəngilanda bərpa-quruculuq və köçürülən əhalinin rifahının yaxşılaşdırılması üçün işlər sürətlə davam etdirilir. İşğal illərində tamamilə dağıdılmış Zəngilanın hazırda bərpası bütünlüklə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə həyata keçirilir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

“Zəngilanın Ağalı kəndinə 45 nəfərdən ibarət 10 ailənin köçürüləcəyi üçüncü köç prosesi həyata keçirilib. Ümumilikdə 41 ailənin 201 üzvünün köçürülməsi nəzərdə tutulan Ağalı kəndinə əhalinin sosial rifahının yaxşılaşdırılması üçün məşğulluq məsələləri, başda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla dövlət qurumlarının xüsusi nəzarəti altındadır. Birinci və ikinci qruplarla köçürülən əhalinin arıq bir hissəsi işlə təmin edilib. Yaxın günlərdə əmək yarmarkasının da keçirilməsi planlaşdırılır və əmək qabiliyyətli əhalinin qalan digər hissəsinin də işlə təmin edilməsi nəzərdə tutulur”, – deyə Vahid Hacıyev vurğulayıb.

Hazırda Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılır. Bundan başqa, uşaq bağçası, məktəb və bir neçə inzibati bina da istifadəyə verilib

AZERBAYJANNEWS.AZ / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. bu mektubu şiirleştirip seslendirdim bilmiyorum ne kadar duygu katabildim yorum sizlerde youtube burak ilarslan

Son Yazılar

  • Batılı şirketler Rusya’ya ambargoyu deliyor…
    Okuma Süresi: 3 Dakika Rusya-Ukrayna savaşı sürerken, ABD ve Avrupa’nın Rusya’ya uyguladığı ambargolar da sürüyor. Ancak, Batılı şirketler şimdi Türk […]
  • FEYM GRUBU BÜLTENİ –
    Okuma Süresi: 5 Dakika Ermeni Faaliyetleri (13 Ağustos 2022) 1..  UNICEF ve USAID, Ermenistan’a ultra soğuk dondurucular teslim ediyor…COVID-19 aşısının […]
  • ABD Rusya’yı yenebilir mi?
    Okuma Süresi: 4 Dakika ABD neden top yekün bir savaşta Rusya’yı yenebileceğini düşünüyor? Tüm NATO ABD’yi desteklese bile, Rusya 20 […]
  • Haydut devlet ABD Suriye Devleti petrolünün %83’nü çalmış
    Okuma Süresi: 0 Dakika Suriye Petrol Bakanlığının Ağustos’ta yaptığı açıklamaya göre: – ABD’nin terör örgütü YPG/PKK’nın kontrol ettiği bölgelerde ülke petrolünün […]
  • Irak Türkmenlerinin Tarihçesi
    Okuma Süresi: 5 Dakika Türkmenler Orta Asya’dan göç eden Oğuzlardır. Çoğu tarihçilere göre İslamiyet’i kabul ettikten sonra Türkmen ismini alan […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.