Suqovuşanda turizmin inkişafı ətraf bölgələrin iqtisadi inkişafına da birbaşa təsir göstərəcək

Suqovuşanda turizmin inkişafı ətraf bölgələrin iqtisadi inkişafına da birbaşa təsir göstərəcək - azerb bayraq

Suqovuşanda turizmin inkişafı ətraf bölgələrin iqtisadi inkişafına da birbaşa təsir göstərəcək

Dövlət Turizm Agentliyi tərəfindən Suqovuşan qəsəbəsinin turizm resursları əsas götürülməklə, mövcud su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılmasını və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən “Suqovuşan Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. Sözügedən konsepsiya sənədində Suqovuşan qəsəbəsində əsasən qısamüddətli turist səfərlərinin ehtiyaclarını qarşılayacaq turizm xidmətlərinin, su anbarı ətrafında mövcud olan turizm resurslarından istifadə edərək infrastrukturun yaradılması təklifləri öz əksini tapır. Bundan əlavə, qəsəbə icmasının yenidən məskunlaşması fonunda turizm biznesinin yaradılması, ərazidə yerli turizm sənayesinin formalaşması, tarixi mərkəzin bərpası və qonaq evlərinin tikilməsi, yerli sakinlər və qonaqlar üçün sahilyanı zolağın salınması, eləcə də ərazidə aktiv turizm fəaliyyətləri üçün infrastrukturun yaradılması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən bildirilib.

“Suqovuşan kəndində turizm inkişaf konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlqoyma tədbiri həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva tədbirdə iştirak etmiş, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən kompleksin layihəsi barədə məlumatlar ölkə rəhbərliyinə təqdim edilmişdir. Suqovuşan turizm potensialının geniş olması onun ətrafında mövcud olan yaşayış məntəqələrinin əhalisinin qısa məsafədə yerləşən destinasiyalara səyahət etmələrinə üstünlük verilməsi ilə bağlıdır. Bununla yanaşı, araşdırmalarda müəyyən edilmişdir ki, ətraf bölgədə məskunlaşan 400 mindən çox insan turist səfərləri həyata keçirir. Onların da 30 faizə yaxını istirahət və əyləncə məqsədilə səyahət edir və ortalama 1-3 gün müddətində vaxt sərf edir. İlkin mərhələdə Suqovuşana turist axınının qonşu regionlarda yaşayan əhali hesabına olacağı gözlənilir”, – deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Suqovuşanda turizm və ictimai-iaşə xidmətlərinin inkişafı əhalinin ehtiyaclarına uyğun xidmət sferasının yaradılması və inkişafına təkan verəcək. Bu isə öz növbəsində regionda turizmyönümlü sahibkarlıq subyektlərinin sayının artması, kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradacaq: “Təsadüfi deyildir ki, 2040-cı ilə qədər Tərtər rayonunun gəlirlərinin 4 faizinin turizm gəlirləri hesabına formalaşacağı proqnoz olunur ki, bunun da əsas hissəsi Suqovuşanın payına düşür. Gəncə istiqamətindən yerli turistlərin Suqovuşana səfərləri davamlı olaraq gözlənilir. Gəncənin ölkədə ikinci böyük şəhər olması və Suqovuşana yaxın ərazidə yerləşməsi yerli turistlər tərəfindən səfərlərin həyata keçirilməsinə səbəb olacaq. Bundan əlavə, Gəncə və ətraf zonalar üçün Suqovuşan yeni və kəşf olunmamış rekreasiya zonası kimi çıxış edəcək. Əlavə olaraq, Suqovuşandan Naftalana səfər edən yerli və xarici turistlər üçün əlavə bir günlük rekreasiya imkanları təqdim edə bilər. Naftalandan Suqovuşana xarici turistlərin səfərləri gözlənilir”.

Vurğulanıb ki, bununla yanaşı, Suqovuşanda turizmin inkişafının ətraf bölgələrin iqtisadi inkişafına birbaşa müsbət təsiri olacağı proqnozlaşdırılır. Naftalandan Suqovuşana turist səfərlərinin təşkili əlavə biznes sahələrinin yaradılmasına, əhalinin turizmdən gəlir əldə etməsinə müsbət təsiri olacaqdır. Naftalan–Talış–Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionun turizminin inkişafında mühüm hesab edilir. Sözügedən yol infrastrukturunun Naftalan turistlərinin Suqovuşana səfərinin optimallaşdırılması ilə yanaşı, Gəncə şəhərindən qısa müddət ərzində turist səfərlərinin təşkilini mümkün edəcəkdir. Yeni yolun istismara verilməsi Suqovuşanla yanaşı, ona yaxın olan ərazilərin inkişafına təkan verəcək, ərazinin “əlçatan turizm destinasiyasına” çevrilməsinə imkanları artıracaqdır. Belə ki, Qərb istiqamətindən səfər edən yerli və xarici turistlər üçün Naftalan-Suqovuşan yolu və Bakı istiqamətindən hərəkət edən turistlər üçün Bakı–Tərtər–Suqovuşan yolu əlçatanlığın təmin edilməsi üçün mühüm rol oynayır.

AZERBAYCAN NEWS.AZ/ TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  Londonda fövqəladə vəziyyət elan edilib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir