Rəqəmsal texnologiyalar üzrə mütəxəssislər hazırlanmasına dəstək


Okuma Süresi: 4 Dakika

Rəqəmsal texnologiyalar üzrə mütəxəssislər hazırlanmasına dəstək

bp “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, LUKOİL, NİCO, MOL, “Equinor”, SGC, İNPEX, “ExxonMobil”, İTOCHU, “TotalEnergies”, “Eni”, “ONGC Videsh” birlikdə 2020-ci ildə qoşulduqları ABB Tech Akademiyası layihəsinin uğurla tamamlandığını elan edib.

ABB Tech Akademiyası layihəsi çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarından ümumilikdə 208 nəfərə təlim verilməklə informasiya texnologiyaları (İT) sahəsindəki səriştələri, ümumi texnoloji bilik və bacarıqları inkişaf etdirilib ki, bu da onların sürətlə dəyişən texnologiya dünyası ilə ayaqlaşmalarına imkan yaradır. Həmin iştirakçılardan 150 nəfərinin təlimi bp və tərəfdaşları, həmçinin ABB (Azərbaycan Beynəlxalq Bankı) tərəfindən birgə maliyyələşdirilib. Layihə həyata keçirildiyi müddətdə 50-dən çox yerli və beynəlxalq təşkilatı, o cümlədən ABB-ni, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və bu kimi müxtəlif universitetləri təmsil edən iştirakçılardan ibarət ümumilikdə 9 qrup təklif olunub. ABB-nin təşəbbüsü ilə həyata keçirilən layihənin məqsədi innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirəcək və texnoloji sıçrayışlara töhfə verəcək yeni nəsil mütəxəssislər yetişdirməklə yerli İT bazarının inkişafına dəstək verməkdir.

Layihənin uğurla tamamlanmasını qeyd etmək və ölkədəki texnologiya mütəxəssisləri icmasına qoşulan məzunlara uğurlar diləmək məqsədilə tədbir də keçirilib. bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu layihə bizim ən çox sevdiyimiz layihələrdən biridir, çünki o, bp və tərəfdaşlarının Azərbaycanda ümumi potensialın gücləndirilməsinə dəstək vermək öhdəliyinə tam uyğun gəlir. Layihə həmçinin bp-nin öz rəqəmsal transformasiya səylərinə də uyğundur. bp-də “xalis sıfır” emissiya məqsədlərimizə nail olmaq və inteqrasiyalı enerji şirkətinə çevrilmək üçün gördüyümüz hər bir işin əsasını innovasiya və rəqəmsal həllər təşkil edir. Biz ABB-yə bu möhtəşəm təşəbbüsə qoşulmaq üçün imkan yaratdığına görə təşəkkür etmək istəyirik və inanırıq ki, bu təşəbbüs ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyən yüksəkixtisaslı rəqəmsal texnologiya mütəxəssislərinə olan tələbatı ödəməyə kömək edəcək”.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov layihə haqqında danışaraq bildirib: “Ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəstəyimizlə cəmiyyətimizin inkişafına töhfə verməyə çalışırıq və korporativ dəyərlərimizə sadiqlik göstəririk. ABB Tech Akademiyası ABB-nin hər zaman qürur duyacağı layihələrdən olacaq. Çünki bu akademiya yüzlərlə Azərbaycan gəncinin uğur yolunun başlanğıcına çevrilib. Sürətlə rəqəmsallaşan biznesin ehtiyacları üçün burada peşəkar kadrlar yetişdirilərək əmək bazarına təqdim olunur. Tərəfdaşlarımızla birgə burada təhsil imkanlarını bütün istedadlı gənclərimiz üçün əlçatan edirik. İştirakları ilə bu layihəyə xüsusi dəyər qatdıqlarına görə bp və tərəfdaşlarına minnətdarlığımızı bildirirəm”.

ABB Tech Akademiyası İT peşəkarlarının təlim mərkəzi olan “DAN IT education” tərəfindən hazırlanmış metodologiyaya əsaslanır və kodlaşdırmanın əsas sahələrini əhatə edən intensiv təlim proqramları təqdim edir. Təhsil proqramı İsrailin İT mütəxəssisləri üçün təlim metodu (Telem) əsasında hazırlanıb.

Layihənin ümumi dəyəri 400 min manat təşkil edir. Bu vəsaitin yarısı bp və tərəfdaşları, yarısı isə ABB tərəfindən təmin olunub.

Flora SADIQLI, – “Azərbaycan” -/TURKİSHFORUM – ABDULLAH TÜRER YENER


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. bu mektubu şiirleştirip seslendirdim bilmiyorum ne kadar duygu katabildim yorum sizlerde youtube burak ilarslan

Son Yazılar

  • Batılı şirketler Rusya’ya ambargoyu deliyor…
    Okuma Süresi: 3 Dakika Rusya-Ukrayna savaşı sürerken, ABD ve Avrupa’nın Rusya’ya uyguladığı ambargolar da sürüyor. Ancak, Batılı şirketler şimdi Türk […]
  • FEYM GRUBU BÜLTENİ –
    Okuma Süresi: 5 Dakika Ermeni Faaliyetleri (13 Ağustos 2022) 1..  UNICEF ve USAID, Ermenistan’a ultra soğuk dondurucular teslim ediyor…COVID-19 aşısının […]
  • ABD Rusya’yı yenebilir mi?
    Okuma Süresi: 4 Dakika ABD neden top yekün bir savaşta Rusya’yı yenebileceğini düşünüyor? Tüm NATO ABD’yi desteklese bile, Rusya 20 […]
  • Haydut devlet ABD Suriye Devleti petrolünün %83’nü çalmış
    Okuma Süresi: 0 Dakika Suriye Petrol Bakanlığının Ağustos’ta yaptığı açıklamaya göre: – ABD’nin terör örgütü YPG/PKK’nın kontrol ettiği bölgelerde ülke petrolünün […]
  • Irak Türkmenlerinin Tarihçesi
    Okuma Süresi: 5 Dakika Türkmenler Orta Asya’dan göç eden Oğuzlardır. Çoğu tarihçilere göre İslamiyet’i kabul ettikten sonra Türkmen ismini alan […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.