Rusiyalılar qışda səyahətə çıxmaq üçün Azərbaycanı seçirlər

Rusiyalılar qışda səyahətə çıxmaq üçün Azərbaycanı seçirlər - Azerbaycan tower
,

Rusiyalılar qışda səyahətə çıxmaq üçün Azərbaycanı seçirlər

Rusiyalılar qışda səyahətə çıxmaq üçün Azərbaycanı seçirlər


Rusiyalılar qışda səyahətlər üçün ən populyar ölkələrin adlarını çəkiblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan rusiyalılar arasında qış fəslində səyahətlər ən çox tələbat olan ölkələrdən biri hesab edilib. Bu barədə “Yandeks.Puteşestviya” araşdırmasının nəticələrində bildirilir.

Bu qışda uzunmüddətli səfərlər üçün rusiyalılar arasında ən populyar ölkələr Azərbaycan, Tailand, Türkiyə və Şri-Lanka, ən populyar istiqamətlər isə, Pxuket, Bakı, Kolombo və İstanbuldur.

Tədqiqat nəticəsində məlum olub ki, rusiyalılar qış fəslində orta hesabla beş həftə isti ölkələrdə yaşamağı planlaşdırırlar. Ən uzunmüddətli səfərlər 3 aydan çox davam edəcək.

Ekspertlər qeyd edirlər ki, hazırda Rusiyada qış fəslində xarici ölkələrə uzunmüddətli səfərlərə maraq tədricən bərpa olunur. Builki qışı planetin isti guşələrində keçirməyi qərara almış respondentlərin sayı Ötənilki illə müqayisədə 20 faiz artıb. Düzdür, hələlik bu rəqəm pandemiyadan əvvəlki ilə müqayisədə 60 faiz azdır, lakin müsbət trend müşahidə olunur.

AZERBAYCANNEWS.AZ/ TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  Rus ordusu Qazaxıstana girməkdə haqlı idimi?

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir