Site icon Turkish Forum

HƏDƏFİMİZ. YOLUMUZ.

Bilirəm bu fikrimə görə tənqid olunacam. Satqın elan ediləcəm. Lakin deyəcəm. Həqiqətləri deməliyik ki, doğru yol tuta bilək. Nə Moskvanı mərkəz alan YAP iqtidarının siyasətini, görüşlərini, nə Vaşinqtonu, Londonu mərkəz alan liberal-kosmopolit-demokrat müxalifət düşərgəsinin görüşlərinə qatılmırıq. Qatılmadıq. Bizim partiyamız olmasada, ölkə siyasətində bəlli bir YOL umuz, konsepsiyamız, mövqeyimiz, geosiyasi təsəvvürümüz və seçimimiz var. Bu Türkiyə -Azərbaycan birliyinə əsaslanan, Türk mərkəzli millətçi siyasi platformadır. Biz nə hansısa şəxsi, nə də partiyanı dəstəkıəmirik. YOLu dəstəkləyirik. - yasemin karakoyunlu Jasmine Garagoyunlu

Bilirəm bu fikrimə görə tənqid olunacam. Satqın elan ediləcəm. Lakin deyəcəm. Həqiqətləri deməliyik ki, doğru yol tuta bilək. Nə Moskvanı mərkəz alan YAP iqtidarının siyasətini, görüşlərini, nə Vaşinqtonu, Londonu mərkəz alan liberal-kosmopolit-demokrat müxalifət düşərgəsinin görüşlərinə qatılmırıq. Qatılmadıq. Bizim partiyamız olmasada, ölkə siyasətində bəlli bir YOL umuz, konsepsiyamız, mövqeyimiz, geosiyasi təsəvvürümüz və seçimimiz var. Bu Türkiyə -Azərbaycan birliyinə əsaslanan, Türk mərkəzli millətçi siyasi platformadır. Biz nə hansısa şəxsi, nə də partiyanı dəstəkıəmirik. YOLu dəstəkləyirik.

(Qeyd: Bu yol Daşkənddən, Buxaradan, Xivədən, Aşqabaddan, Təbrizdən, Tehrandan, Məşhəddən, Kabildən, Bağdaddan, Ərbildən, Mosuldan, Şamdan, Hələbdən, Tiflisdən, İrəvandan, Ankaradan, Konyadan, Urumçidən, Baxçasaraydan, Kazandan dolanıb keçir)
.
Bununla bərabər onu da deyək ki, Yap iqtidarı bu gün yekcins deyil. Geosiyasi seçim və ölkənin gələcəyi ilə bağlı fikir ayrılıqları var. Rusiya və Türkiyə mərkəzlərinə Parçalanmışdır.

Bəs müxalifət ? Müxalifətdə Türkiyə ilə birlik zehniyyətini daşıyan güc varmı? Onların əksəriyyəti (Sabir Rüstəmxanlı, Vaqif Hacıbəyli, Qubad İbadoğlu, Sülhəddin Əkbər, Sərdar Cəlaloğlu istisna olmaqla) bircə dəfə türkdən danışıblarmı?
Heç özünə, Azərbaycana türk demir əksəriyyəti. Məsələ ondadır ki, bu gün Türk demək, Rusiyanın və İngiltərənin 300 ildir formalaştırdığı ortadoğunun, İranın, İraqın, Suriyanın, Türküstanın, Qafqazın siyasi-etnik-kültürəl xəritəsini dəyişmək deməkdir, Rusiya və İngiltərənin birlikdə qurduqları düzəni tanımamaq deməkdir, Türk mərkəzli yeni düzən qurmaq deməkdir, Batını və Rusiyanı bu coğrafiyalardan çıxarmaq, təmizləmək deməkdir. Yeni siyasi xəritələr, yeni dəngələr qurmaq deməkdir. Çünki bütün bu coğrafiyada dominant millət Türk millətidir. Türk demək dünyanın siyasi mərkəzləri qarşısında Türk iradəsini ortaya qoymaq deməkdir.
Bu anlayışa, platformaya sahib olmayan müxalifət hakimiyyətə gəlib nə edəcək ki. Nəyi dəyişəcək? Topluma, millətə hədəf göstərməyən, gələcək vəd etməyən partiya sədri lider ola bilərmi? Əsla yox. Lider bir fəlsəfəni, ideologiyanı təmsil edər.

Müxalifət olmaq, tənqid etmək haqlı olmaq demek deyil. Müxalifətin də siyasətində çoxlu yanlışlar var. 30 ildir açıq-gizli müxalifətin kimisi Moskvanı, Tehranı, kimisi də Vaşinqtonu, Londonu, Parisi topluma mərkəz kimi təbliğ edirlər.
Türk demək Çinin, Rusiyanın, İranın qədərini çizmək deməkdir.

Türkiyə-Azərbaycan birliyini dəstəkləməyən nə iqtidarı nə müxalifəti də biz dəstəkləmirik. Bizim də öz siyasi baxışlarımız var.
Bizim gələcəyimiz TDT-dır.
Söhbət sadəcə dövləti gücləndirməkdən getmir. Türk irqini və Türk sivilizasiyasını gücləndirməkdən gedir. Bakı-Tehran-Ankara birliyi ilə Türk irqi Aralıq dənizi-Qara dəniz-Mərmərə dənizi-Egey dənizi-Xəzər və Kəngər körfəzində güc və söz sahibi olacaqdır. Türk sivilizasiyası Afro-Avrasiyada güc sahibi olacaqdır.
Bizim fəaliyyətimiz, siyasətimiz, hədəfimiz TDT-nı qurmaq, gücləndirməkdir. Biz 16 imperatorluq, 100 dən çox dövlət quran 10 min illik tarixinin sadəcə 4 minilini bildiyimiz Türk millətinin çox qütblü dünyada siviluzasiya qütblərindən biri olacağına inanırıq.

Türk millətçiliyi nədir sorusuna Muzeffer Kılıcın dilindən cavab verim. Ahlakta, adalette ve özgürlükte dünyaya en iyi örnek olup Türklüğü kuantum çağı ile buluşturmaktır.

Yasəmən Qaraqoyunlu Baku / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Exit mobile version