Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb. - araplar dubai

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi sahədə uğurlu əməkdaşlığı vurğulayıb, ölkəmizdəki fəaliyyətində səfirə uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, ticarət, qarşılıqlı investisiya qoyuluşu, KOB-ların dəstəklənməsi, logistika, turizm və sair sahələrdə əməkdaşlıq genişlənir. İqtisadi-ticarət tərəfdaşlığının inkişafında Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəliyi və Dubayda Azərbaycan Ticarət Evi kimi platformaların əhəmiyyətli rolu var.

İqtisadiyyat naziri işğaldan azad edilmiş ərazilərimizdə BƏƏ şirkətlərinin iştirakının təşviqi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiqi ilə həyata keçirilən layihələr, sənaye, rəqəmsallaşma, 4-cü Sənaye İnqilabı və digər istiqamətlər üzrə tərəfdaşlıq üçün geniş imkanlar olduğunu bildirib, bu baxımdan biznes dairələrinin fəal əməkdaşlığının əhəmiyyətini qeyd edib.

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb, əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.


AZERBAYCAN NEWS.AZ/ TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  Ermənilər dövlət sərhədinin Laçın istiqamətində növbəti təxribata cəhd göstərib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir