Anadolu Agentliyi Şuşada keçirilən Beynəlxalq Media Forumunu geniş işıqlandırıb


Okuma Süresi: 2 Dakika

Anadolu Agentliyi Şuşada keçirilən Beynəlxalq Media Forumunu geniş işıqlandırıb

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Milli Mətbuat Günü münasibətilə Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Media Forumu Türkiyənin Anadolu Agentliyi tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, agentliyin yaydığı məqalələrdə forumun məqsədi və nəticələrindən bəhs olunub.

Diqqətə çatdırılıb ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə müraciətini oxuyub.

Agentlik dövlətimizin başçısının müraciətindən bu sitatı təqdim edib: “Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.”

Eyni zamanda, vurğulanıb ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun və başqalarının çıxış etdikləri açılış mərasiminə Anadolu Agentliyinin Baş direktorunun müavini Yusuf Özhan da qatılıb.

Agentliyin Beynəlxalq Media Forumu barədə məlumatları Türkiyənin digər informasiya resursları tərəfindən də yayılıb.

AZERBAYJANNEWS.AZ /TURKİSHFORUM- ABDULLAH TÜRER YENER


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. bu mektubu şiirleştirip seslendirdim bilmiyorum ne kadar duygu katabildim yorum sizlerde youtube burak ilarslan

Son Yazılar

  • Batılı şirketler Rusya’ya ambargoyu deliyor…
    Okuma Süresi: 3 Dakika Rusya-Ukrayna savaşı sürerken, ABD ve Avrupa’nın Rusya’ya uyguladığı ambargolar da sürüyor. Ancak, Batılı şirketler şimdi Türk […]
  • FEYM GRUBU BÜLTENİ –
    Okuma Süresi: 5 Dakika Ermeni Faaliyetleri (13 Ağustos 2022) 1..  UNICEF ve USAID, Ermenistan’a ultra soğuk dondurucular teslim ediyor…COVID-19 aşısının […]
  • ABD Rusya’yı yenebilir mi?
    Okuma Süresi: 4 Dakika ABD neden top yekün bir savaşta Rusya’yı yenebileceğini düşünüyor? Tüm NATO ABD’yi desteklese bile, Rusya 20 […]
  • Haydut devlet ABD Suriye Devleti petrolünün %83’nü çalmış
    Okuma Süresi: 0 Dakika Suriye Petrol Bakanlığının Ağustos’ta yaptığı açıklamaya göre: – ABD’nin terör örgütü YPG/PKK’nın kontrol ettiği bölgelerde ülke petrolünün […]
  • Irak Türkmenlerinin Tarihçesi
    Okuma Süresi: 5 Dakika Türkmenler Orta Asya’dan göç eden Oğuzlardır. Çoğu tarihçilere göre İslamiyet’i kabul ettikten sonra Türkmen ismini alan […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.