Güney Azərbaycan Təşkilatları kürd partiyalarının Qərbi Azərbaycanda bölücü və terrorçu fəaliyyəti ilə bağlı bəyanat verib


Okuma Süresi: 4 Dakika

Güney Azərbaycan Təşkilatları Qərbi Azərbaycanda kürd partiyalarının ərazi iddiaları və terror fəaliyyəti ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Təəssüflər olsun ki, son iki əsrdə Qərbi Azərbaycan əyalətinin qərb bölgələri Azərbaycanda yaşayan azsaylı xalqlardan su-istifadə etməklə və adətən xarici təxribatlarla həyata keçirilən hər cür terrorun şahidi və qurbanı olub.

Şeyx Ubeydullah Şəmzinaninin işğalı, erməni quldur dəstələrinin bölgə xalqını qətliam etməsi, Urmiya qəssabı kimi tanınan İsmayıl Simitkonun əməlləri, Kürdüstan Demokrat Partiyasının Sulduza silahlı basqın etməsi kimi acı hadisələr heç vaxt Azərbaycan türk millətinin yaddaşından silinməyəcək.

Təəssüf ki, Qərbi Azərbaycanda Pejak (PKK-nın İran qolu), Kürdüstan Demokrat Partiyası, İran Kürdüstan Demokrat Partiyası kimi qrupların silahlı və silahsız terror fəaliyyətinin şahidi oluruq.

Bu qruplaşmalar Güney Azərbaycan ərazisində İran rejiminin qüvvələri ilə silahlı qarşıdurma yaradaraq regionun təhlükəsizliyini pozur, İranı idarə edən fars faşizminə hücum etmək əvəzinə əməldə Azərbaycan övladlarını qurban edirlər”.

Güney təşkilatları hesab edir ki, bu münaqişələrin ən azı bir hissəsi incə müharibə və ya daxili hesablaşmalardır.

“Çünki əsasən İran rejimi bu qrupları Qərbi Azərbaycanda yerləşdirib və bu da ayrıca təhlilin mövzusudur.

Başqa tərəfdən, bu cərəyanların təşkilatlarına bağlı mətbuatda və nümayəndələrinin dilindən Azərbaycanın tarixi torpaqlarına qarşı iddialar irəli sürdüklərinin və ya bu məzmunlu materiallar dərc etdiklərinin şahidi oluruq ki, bu da son vaxtlar şübhəli şəkildə artıb.

Azərbaycan türk xalqı, təşkilatları və partiyalarının fikrincə bu cür hərəkətlər düşmənçilik və terrorçuluq xarakteri daşıyır və qəbuledilməzdir. Bu iddia və hərəkətlər Azərbaycan türk millətinə qarşı açıq-aşkar düşmənçilikdir.

Millətimiz keçmişdə və indi olduğu kimi bu terror təhdidlərini və ərazi iddialarını bütün imkanları ilə özünəməxsus qanun çərçivəsində aradan qaldırmaq hüququna malikdir.

Şübhəsiz ki, bu terror aktları ilk növbədə Azərbaycanda yaşayan azlıqları narahat edir və onların təhlükəsizliyini sual altına aparır. Azərbaycan türk milləti tarix boyu Azərbaycanda yaşayan azsaylı xalqlarla birgə yaşamış, qarşılıqlı əlaqədə olmuş və gələcəkdə də bu cərəyanların öz dağıdıcı əməlləri ilə bu birgəyaşayış və qarşılıqlı anlaşmaya xələl gətirməsinə imkan verməyəcəkdir. Şübhəsiz ki, Azərbaycanın azad gələcəyində bu dinc birgəyaşayış demokratik və müasir şəraitdə davam edəcəkdir”-deyə, bəyanatda bildirilir.

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Mərkəzi bəyan edib ki, İran rejiminə qarşı birgə mübarizə daha effektli ola bilər:

“İranda zülmə məruz qalmış millətlər cəbhəsi şəklində birgə səylərə və birgə mübarizəyə hər zaman inanmışıq və inanırıq ki, birgə mübarizə İranın irqçi, faşist və müstəmləkəçi sistemini çökdürəcək.

Ancaq təəssüflər olsun ki, İran kürd partiyalarının irrasional iddiaları və terror hərəkətləri və təbii ki, PKK kimi qeyri-yerli terrorçu qrupların müdaxiləsi, bu birgə səylərə və ortaq mübarizəyə ciddi problemlər yaradır.

Təbii ki,  kürd partiyaları arasında İran rejiminə bağlı gizli əllərin bu məsələdə rolu var. Əks halda, sağlam düşüncəli bir siyasi cərəyan necə bu qədər məntiqsiz hərəkət edib, fantaziyalara bu qədər qərq ola bilər?!

Sonda bir daha Azərbaycanın tarixi torpaqlarına göz tikən, bu istiqamətdə qeyri-qanuni, terror aktları həyata keçirən bütün tərəfləri qınayır və Azərbaycan xalqının səbrini sınağa çəkməmələri ilə bağlı xəbərdarlıq edirik.

Təbii ki, bu, keçmişdə olduğu kimi, bölgədə ağrılı hadisələrə səbəb olacaq, ancaq hər bir şəraitdə Azərbaycan türk milləti xüsusilə Qərbi Azərbaycanda öz milli kimliyini və ərazi bütövlüyünü müdafiə edəcək və bu həyati məsələdə geri addım atmayacaq”.

Bəyanatı Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Mərkəzinə daxil olan qurumlar imzalayıb:
1. Azadlıq Cəbhəsi – GAMAC
2.  Azərbaycan Mərkəz Partiyası-AMP
3. Azərbaycan Milli Dirəniş Təşkilatı- Dirəniş
4. Azərbaycan Öyrənci Hərəkatı-AZOH
5.  Güney Azərbaycan Demokrat Partiyası-GADP
6.Güney Azərbaycan İstiqlal Partiyası-GAİP
7.  Güney Azərbaycan Liberal Demokrat Partiyası-GALDP
8. Güney Azərbaycan Türk Demokratik Birliyi-GATDB


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Aliyar Kamran
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Diğer Yazıları
Bugün Gündem

Son Gelen Mesajlar

  1. adim selma yavuzoglu almanya lubecktayim tane cocucgum var vatikan turkiyeyi kitliyor kolnerdom turkiyeyi kitliyor inter pol turkiyeyi kitliyor burda soykirim…

Son Yazılar

  • FEYM Grubu Bülteni (09 Ağustos 2022)
    Okuma Süresi: 4 Dakika 1.. Jeopolitik oyunlar… Analistler, son Rus-Türk görüşmesini Ermenistan-Azerbaycan ve Ermenistan-Rusya temaslarıyla karşılaştırıyor. Ermenistan ve Karabağ’ da […]
  • KALIN İFADE
    Okuma Süresi: 4 Dakika Kanımca bir çok Türk vatandaşı ilk okulda ve lise de tarih dersindeki Osmanlı Devletinin yükselme devrini […]
  • Türkiye İran’ı tanımıyor.
    Okuma Süresi: 3 Dakika 1. Türkiye İran’ı tanımıyor. Osmanlı İran’a (Türkiye’ye) Osmanlı’nın gözünden, din acısından bakıyor. Osmanlı da Safevi de […]
  • Hızlanan değişimi kavramak
    Okuma Süresi: 3 Dakika Bülent ESİNOĞLU Tarihin bazı dönemlerinde değişim hızlanır. Ya da biz hızlanmış gibi görürüz. Aslında sabit hızda […]
  • Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin dışlanması kabul edilemez
    Okuma Süresi: 3 Dakika Yokuş: “Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin dışlanması kabul edilemez.” Konya’da 9-18 Ağustos tarihleri arasında düzenlenecek olan İslami […]

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.