Hardadır bu Türklər?

Türkiyədən türkləri silib çıxarmaq üçün yooutube kanallarında çox ciddi iş aparılır. Ciddi təbliğat sistemi qurulmuşdur. - yaseminkarakoyunlu

Türkiyədən türkləri silib çıxarmaq üçün yooutube kanallarında çox ciddi iş aparılır. Ciddi təbliğat sistemi qurulmuşdur.

Anadolunun əski uyğarlıqları və xalqları haqqında Heç bir elmi sübut və qaynaqlara dayanmayan yalanlar uydurulur, uydurma Hind-Aryan, Hind-Avropa uyğarlığı tezi tarix və mədəniyyətlərlə bağlı bəlgəsəllərdə, youtube kanallarında gecə gündüz təbliğ edilir. Məqsəd bu torpaqlarda Hind-Aryan kürd dövlətinin qurulmasına zəmin hazırlamaqdır.

Bizim araştırmalarımıza görə, oxuduğumuz, baxdığımız qaynaqlarda Hürrilər, hetitlər, Mitannilər, Urartulular hamsı bir birinə qohum xalqlardır. Bu dövlətləri quran ana ünsür Hürrilərdir. Dilləri aqlütinativ dildir. Şumerlərin ve Elamların qohumlarıdır. Lakin youtube kanallarında (məsələn adım adım tarih kanalında) bütün bu dövlətlər saxtakarcasına Hind-Aryan adlandırılır. Hind-Aryanların indiki İran torpaqlarına gəliş tarixləri bəllidir. E.ə. IX-VII əsr. O halda III-II minilliklərdə yaşayan bu xalqlar necə Hind-Aryan ola bilirdi. Həm Hind Aryanların dili flektiv dildir.

Bütün bunlar bizim, Türklərin xatalarından qaynaqlanan prosesdir. Qafqaz və Anadoluda, İkiçayarası ve İran platosunda qurulmuş qədim türk uyğarlıqlarından yazmadıq, danışmadıq, XI əsrdə Səlçuklularla bu torpaqlara gəldik, gəlməyik dedik. Batıda formalaşmış, imperializmin ideoloji silahı olan Hind-Avropa tezinin çərçivəsində öz Türk tariximizi yazdıq, yəni Batı metodolojisi və tarix qavramları ilə özümüzü tanımaya, tanıtmağa qalxdıq, Batının uydurduğu Ural-Altay teorisini gəliştirdik, özümüzü Altaylı kimi təqdim etdik.

Tarix bir elm kimi yenə də bizə yox, İmperializmə xidmət edir. Anadolunun qədim uyğarlıqları Hind-Aryan, Hind-Avropa tezi ilə yenidən “dirildilir” . Xatırladıram ki,.Babur imperiyası da, Qacar imperiyası da, Osmanlı imperiyası da bu tezlə çöktürülmüşdü. Erməni, fars kimlikləri də bu tezlə Batıda və Hindistanda formalaşdırılmışdı. Ermıni və fars dövlərlərinin də təməlləri eyni dönəmlərdə (1914-1925) atılmaqda idi. Çünki İngilislərin dizayn etdiyi dünyada, orta doğuda bu dövlətlər və xalqlara misyon verilmişdi, Türk hinterlandını parçalayacaqdılar. İngilislərin, Batının dünya hegemonyasını uzatmaq üçün Türk coğrafiyasında Türklərin başını bölgəsəl savaşlarla qatacaqdılar…

Okumaya devam et  Vətən və xalq sevgisinin təcəssümü

Bu misyona indi yeni yeni kimliklər, etnik qruplar qatılmaqdadır. Bir kürd kanalı var. Kine kim. Kanalın aparıcısı Bedel Bozel qeyd edir ki, Kürdlər Hind-İran qrupunun alt qrupudur, Hind-İran dilli qrupdur. Sonra da, Anadolunun, İkiçayarasının bütün əski dövlətlərini, mədəniyyətlərini kürd adlandırır, Şumerlərdən başlayır, sakaları, iskitləri, kimmerləri, Hetitləri, Urartuları, Elamları, Midiyanı…. Səfəviləri kürd, Kürdüstan adlandırır. Bütün veriliş boyu Özü-özünü, fikirlərini alternativ, saçma tezislərlə təkzib edir. Belə tarixmi olar? Belə ağ yalanmı olar? İraqda Kürd dövləti qurmaq üçün Bilqamısı belə kürd çıxardırlar artıq. Bu necə ola bilər? Bu necə saçmalıqdır? Şumerlər Hind-Avropalıdır? Bu günə qədər heç bir şumerşünas alim belə saçmalıqlar etməmişdir. İskitləri, sakaları belə kürd, İran, Fars-Aryan çıxarırlar. İskitləri, sakaları türk olduqları halda Aryan çıxaran İngilis, Rus saxta tarixçilərinin tezlərini çürütmək zamanı gəlmədimi? Sakaların ən əski Türklərdən biri olduğunu və bu torpaqların sahibləri olduğunu bildikləri üçün, onları bizim əlimizdən alıb Aryanlaşdıran Batı tarixçiliyi bizi buralarda köksüzləştirmək istəyirlər. Sakalar, İskitlər, Sarmatlar, Kimmerilər, hətta əski kutilər və turukkilər guya kürdmüş, Hind-Avropalıymış. Bu işin pis tərəfi odur ki,. Əski tarix və mədəniyyətləri bilməyən istənilən yootube izləyicisində bütün əski uyğarlıqların və dövlətlərin saçma Hind-Avropalı, kürd-İrani kökənli olduğuna inanacaqdır ki, bu çox tehlükəli bir durumdur.

Onlarla kürd kanalları Türkləri işğalçı, gəlmə adlandırmaqda, Orta doğunu qana sürükləməkdədirlər. Təbii, Ermınilərlə birlikdə. Ermənilər də guya bu torpaqların qədim mədəni xalqıymış. Vandakı Ani şəhəri, erməni uyğarlığı, turizmi guya bu bölgəyə çəkmək adı altında youtubedə təbliğ edilir də, əslində isə dolayısı ilə bu torpaqların ermınilərə məxsus olduğu dünyaya duyurulur. Devşirmələr Türkiyəmizi yıxmağa çalışırlar. Türkiyəmizi qorumalıyıq.

Altımızı qazırlar, hazırlanırlar, gələcəyi planlayırlar, Türksüz Anadolu, İran, Qafqaz, İraq, Suriya, Əfqanıstan…planlayırlar. Türklər isə uyumaqdadırlar. Anadolu, Qafqaz, İran,İraq, Suriya torpaqlarında əski türk-Turan uyğarlıqları var idi. Lakin əksər türk akademisyenləri bunun əksini yazmaqla düşmən tezini gücləndirməkdədirlər. İngilislərin, çinlilərin,.Ermənilərin və rusların son yüzillikdə türkləri necə soyqırımlara uğratdıqlarını bilirik. Öyrəndikcə Dəhşətə gəlirik. Bizi gözləyən o soyqırımlardan sığortalanmamışıq. Bütün çevrəmiz düşməndir. Düşmən yapılır. Biz heç zaman Kürdlərin, farsların, ərəblərin düşməni olmadıq, onları hər zaman din qardaşları deyib qoruduq, qoruyuruq, qoruyaraq da özümüzü tükəndirdik, özümüzü də qoruyaq, qorumalıyıq. Hələ Türkiyə içində İranı, Xomeyni vilayəti-fəqih ideolojisini, Fars şiəliyini təbliğ edən Küds.tv kanalını izlədikcə türk dilində yayılan fars zehniyyətinin Türkiyəmizi necə hədəfə aldığını, Türk millətini necə böldüyünü desəm hansı təhlükələrin içində olduğumuzu təsəvvür edərsiniz.

1988-də Ermənilər bir gecədə bütün türkləri öz vətənindən çıxardı, qovdu. İrəvan bölgəsi türk olduğu halda bir gecede ermenileşdi. Nədən? Çünki türklər uyumaqda idi, milli şüuru yox idi, təşkilatlanmamışdı.

Okumaya devam et  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

İrəvan necə erməniləşdisə, necə türksüz Ermənistan quruldusa, eyni plan bu gün Türkiyədə, İranda, Azərbaycanda, Gürcüstanda, İraqda, Suriyada, Misirdə, Əfqanıstanda işləyir, həyata keçirilir. Türk hinterlandı daralır, türklər addım -addım təmizlənir, bitirilir, udulur, parçalanır, yox olur. Buralarda hələ də Seyks-Pikot və Vilson proqramları uyğulanır, davam etdirilir.

Biz türklər uyumuşuq. Oyanmadıq. 1914 -dən günümüzəcən bu torpaqlarda, Rusiyada, Çində, İranda, Türküstanda türk soyqırımları həyata keçirilir, sayımız yarıba yarı azaldıldı, irqimiz, soyumuz tükəndirilir. Minlərlə projelərlə…
Biz türklər isə, din, təriqət, diktator, demokrat, layiq, islamçı, iqtidar, müxalifət, batıçı, doğuçu qavramları, cəbhələri ilə bir-birimizi yeyib bitiririk. Tariximiz boyu bütün dünyaya sübut etdik ki, Türkün Türkdən böyük düşməni yoxdur.

Biz uyuduq. Uyuyuruq.

Başqaları daim oyaqdır…

P.S. Türk millətinin əsgərləri bu dəfə akademisyenlər olmalıdır. Türkün nə bir qarış torpağını, nə bir soydaşını, haqqını kimsənin tapdalamasına, almasına izn verməməliyik.


Yasəmən Qaraqoyunlu Baku / TURKISHFORUM – ABDULLAH TÜRER YENER


Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir