Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

O, bu rəqəmin ötən ilin oxşar dövrü ilə müqayisədə 3 nəfər çox olduğunu qeyd edib. - Sərqi Azərbaycanda 16 nəfər dəm qazindan zəhərlənərək olub

Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı Əli Səfayifərd mediaya verdiyi açıqlamada son 2 ayda əyalətdə 3-ü qadın olmaqla 16 nəfərin dəm qazından boğularaq öldüyünü deyib.

O, bu rəqəmin ötən ilin oxşar dövrü ilə müqayisədə 3 nəfər çox olduğunu qeyd edib.

Səfayifərd son bir ildə Şərqi Azərbaycanda 63 nəfərin dəm qazından zəhərlənərək öldüyünü, onlardan 19-nun qadın, 44-nün isə kişi olduğunu bildirib.

Okumaya devam et  Tehranlılar digər iranlilara nisbətən psixi xəstəliklərə daha çox meyllidirlər

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir