İran hizbullah zindanında

Yazıçı Eluca Atalının son romanı “İran hizbullah zindanında” - Əsər 4 kitabdan ibarətdir. - 271701629 1298008590610960 8485525086394220488 n

Yazıçı Eluca Atalının son romanı “İran hizbullah zindanında” – Əsər 4 kitabdan ibarətdir.

Quzey Azərbaycanlı tanınmış yazar, İsveçdə yaşayan dəyərli Yazıçımız Eluca Atalının son romanı “İran hizbullah zindanında” adlanır, əsər dörd kitabdan ibarətdir:

Birinci kitab “İnqilabın travması”
İkinci kitab: “Üç vəd, üç tələb”
Üçüncü kitab: “Qanlı orkestr”
Dördüncü kitab: “Həyatı tabutda axtaranlar”
Roman İran islam inqilabı ideyasının Amerikadan gəlməsi və inqilab müəllifi kimi bəşərə tanıdılan imam Ayətullah Xomeyninin əslində Ağ Evin əmrlərinin icraçısı olduğu sübut olunur. İmamın kütləni idarə ettməkdən ötrü inqilabdan dərhal sonra ictimai yerlərdə – bazar, xiyaban, universitet, məktəb və hətta doğum evlərinin qarşısında eadam ağaclarının qurulmasına verdiyi fitva adamları qorxu ilə tərbiyə edib, qorxu hökmü altında onun əmrinə tabe olması məqsədini güdür. Əsərin qəhrəmanı on yaşlı Fatma Kərimi İnqilabın ilk ilində bir səhər sübh tezdən oyanıb evlərinin qarşısındakı dar cığırdan adamların şəhər meydanına qaçdıqlarının şahidi olduqda marağa düşüb onların arxasınca gedir.
Gördüyü səhnədən ömründə ilk travmanı alır: meydanda hamının gözü qarşısında inqilab keşikçiləri bir insanı dar ağacından asırlar. İlk əvvəl bunun bir ciyabaz oyunu olduğunu zənn edən uşaq, düşünür ki, camaat bu meydana maraqlı tamaşanı izləyib şənlənmək üçün yığılıb, lakin hadisənin mahiyyətinə varanda sarsılır. Beləliklə də, bu sarsıntıdan o dəhşətli zərbə alır. Ona Səməd Behrənginin “Balaca Qara Balığın nağılı” kitabını oxumağı məsləhət görmüş müəllimi, şair Əlirza Şükrü Əfşar və öz şəxsi kitabxanasını ictimai kitabxanaya çevirmiş Bəhram Əfşarı edam edilirlər və kitabxananın kitabları meydana tökülüb yandırılır. Qızcığaz atası ilə zoomağazaya gedib qara balıqlar alaraq müəlliminin xatirəsini yaşatmaqdan ötrü onları bəsləməyə başlayır. Əsərin üçüncü kitabı olan “Qanlı orkestr” də Fatmanın Urmiyədəki dörd yüz səksən nəfərlik qadın zindanında məşəqqətli zindan həyatı, işgəncələr, kütləvi edamlar baş verən bir məkan təsvir edilir. Bu hissədə milli və azad düşüncəsinə, həmçinin şərlənib zindana atılmış yüzlərlə insanın taleyi sərgilənir.
Zindanda həftənin çərşənbə və bazar günləri xüsusi kütlvi edam günləridir, səhər sübh azanından dərhal sonra axşam edam ediləcək məhbusların adları xahəri zeynəb əsgəri tərəfindən oxunur, günorta azanından sonra qız uşaqlarını aparıb siğı edib bakirəliklərini alırlar, çünki dini inanca görə, qız kimi ölənlər cənnətə düşürlər, imam Xomeyni məhbuslara cənnəti peşkeş edə bilmərik deyir. Axşam azanından sonra edam olunacaq bütün məhbusları zindan yaxınlığındakı təpənin üzərinə yığıb güllələyirlər. Bir gündə bəzən dörd yüzdən artıq adam edam edilir, doxsan doqquz faizi məhkəməsiz öldürülür. Ayətullah Məkarim Şirazi imama məsləhət görmüşdü ki, məhkəmələrə əziyyət verilməsin, onun, yəni Ayətullah Xomeyninin “bütün kafir və mürtədlərə ölüm” fitvası yetər ki, inqilab düşmənlərini yer üzündən təmizləsinlər.

ELUCA ATALİ / TURKISH FORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  Sosial rifahın təminatçısı

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir