Eluca Atalının “Kendini getir” kitabının beynəlxalq onlayn təqdimatı keçirilib

“İnternational Azerbaijani Ladies Club”un təşkilatı dəstəyi ilə keçirilən onlayn təqdimat Zoom proqramı üzərindən gerçəkləşdirilib. - 271701629 1298008590610960 8485525086394220488 n

“İnternational Azerbaijani Ladies Club”un təşkilatı dəstəyi ilə keçirilən onlayn təqdimat Zoom proqramı üzərindən gerçəkləşdirilib.

Azadmedia.az xəbər verir ki, təqdimat Rusiyanın Saratov universitetinin professoru Rafail Qəriblinin moderatorluğunda baş tutub. “Kendini getir” kitabının təqdimatı konfransında dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlı və qardaş Türkiyədən olan ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, media nümayəndələri, QHT sədrləri –
“İnternational Azerbaijani Ladies Club”un rəhbəri Kəmalə Ceylinova, Londondan Macarıstandakı Azərbaycan səfirliyinin əməkdaşı Ülviyyə Tağızadə,
Sənətşünaslıq üzrə doktor, Sultan Qaboos Universitetinin doktoru, kafedra müdiri Vüsalə Yusifova, Bərdə diyarşünaslıq muzeyi Mehriban Əliyeva,
Asif Ata Ocagi – Elli Atayurd, Dağtəkin Atalı, Türkiyənin Hakkari şəhərindən Yazar Alparslan Demir, Türkiyənin Eskişehir bölgəsindən Anadolu Türk liseyinin Ədəbiyyat müəllimi Meral Bahar, İsveçin Umeo şəhərindən Umeo universitetinin elmler Doktoru Səadət Kərimi, Almaniya Nynberg şəhərində Tarix Türk Muzeyinin yaradıcısı və rəhbəri Cemalleddin Özdemir, Azadmedia.az-ın Redaktoru və 1453Kral Media-nın Azərbaycan nümayəndəsi politoloq Ülkər Priyeva
və başqaları iştirak ediblər.
Yazar Eluca Atalı – Türkdilli oxucularına təqdim etdiyi yeni “Kendini getir” kitabı ilə əlaqədar olaraq kitabın layihə rəhbəri, təşəbbüskarı Rəna xanım Qafarovaya minnəttarlığını bildirib. Həmçinin kitabın tərtibi, rəsm seçimlərinin də onun fantaziyasının məhsulu olduğunu vurğulayıb. Kitabın tərcüməçisi Şəbnəm Karslıya, redaktoru Meral Bahara çəkdikləri zəhmətdən dolayı təşəkkür edib.
“Kendini getir” kitabının məğzi ilə tanış olduğumuzda görürük ki, kitab oxucusunu ədəbi-fəlsəfi fikirlərlə gerçək özünü tapmağa, bir yerdən başlamağa yönləndirir. Beləliklə, “Hərəkət olmayan yerdə həyat bitər” deyirlər. Eluca Atalı həm də daim fəal, axtarışda olan, düşüncə yükünü bir an belə çiynindən atmayan, əksinə, günü-gündən daha çox ağır yüklərin öhdəsindən gələn fədakar bir Yazardır. Müəllifin söz ocağında qovurduğu sözlər fikir və düşüncə süzgəcindən çıxıb məqalələrə, hekayələrə, fəlsəfi-bədii miniatürlərə çevrilir və oxucuları ilə görüşə tələsir. Belə bir düşüncə yükünü ehtiva edən yazılar hər bir oxucunu düşünməyə, yolunu müəyyən etməyə, doğru ilə batil arasında asan seçim etməyə, ən əsası isə onun bir insan kimi dəyərlərini öyrənməyə sövq edir.

Okumaya devam et  Amerika konqresmenlərindən Baydenə xəbərdarlıq: İranla gizli diplomatiyaya son qoyun!

Özünü gətir – arın və özünə dön deyərdim, bəli, bir gün sizi siz edən tərəfinizi qəbul edə bilməyənlərlə vidalaşdığınız üçün özünüzə təşəkkür edəcəksiniz. Eləcə bir gün rahatca arxaya yaslanıb, sevməyə aciz insanlara rəğmən içinizdəki sevgini böyütdüyünüz üçün, ən çətin anlarda belə sevincinizin sönməsinə imkan vermədiyiniz, elə öz ruhunuza ən böyük sədaqəti göstərdiyiniz üçün, həyatınızdakı boşluqları mənalı anılarla doldurmağı seçdiyiniz üçün, bütün əhvalınızı və gələcək planlarınızı bir insanın iradəsinə, vicdanına, seçiminə buraxmadığınız üçün özünüz özünüzə təşəkkür edəcəksiniz.

Bəli, Oşo deyirdi: “ Yalnız özünüzlə bir şey edə bilərsiniz. Dünyada heç kimi dəyişə bilməzsən, yalnız özünü dəyişə bilərsən.” Heç şübhəsiz, bu, yeganə mümkün inqilabdır. Mümkün olan yeganə çevrilmə insanın özünün dəyişməsidir. İnsan elə bir varlıqdır ki, yalnız azadlığına hörmət göstərildikdə sevinə bilir.
Sevinə-sevinə, sevilə-sevilə sevdiyin şeyə çevrilirsən. Sevgi kimyagərlikdir. Heç vaxt yanlış şeyi sevmə, çünki o səni dəyişdirəcək. Heç bir şey sevgi qədər dəyişdirici deyildir. Sizi daha yüksəklərə qaldıra biləcək bir şeyi sevin, ancaq öz köklərinizdən yapışsaraq, çünki büdrədiyiniz an ən güclü küləklərin belə sizə təsir etmədiyini görəcəksiniz.

Məhz, Həyat belədir. Siz buna hazırlaşa bilməzsiniz. Onun da hazır olmasını gözləmək olmaz. Elə gözəllik də budur, məna da bundadır. Hər zaman olduğu kimi, həyat həmişə təəccübləndirir və sürprizlərlə gəlir. Mütləq baxın – Görəcəksiniz ki, həyat hər an sürprizlərlə doludur və əgər bunu görə biləcək gözləriniz varsa.. Cavab? – Cavab “Özün”dədir, hər şeyi burax, özün ol, özünü gətir!. Mütləqə çat!

Qeyd edək ki, kitabı onlayn şəkildə satış mağazalarından əldə edə bilərsiniz.
Azadmedia.az kollektivi Yazarı yeni kitabının təqdimatı münasibətlə təbrik edir, yaradıcılıq uğurları arzulayır!
Ülkər Piriyeva / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  Zəfərin möhürü

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir