Əkbər Nəiminin “dosye”si Ali Məhkəməyə göndərilib

Bu barədə Əkbər Nəiminin yaxınlarının məlumat verib. - illi f al kb r iminin dosiyesi li hk m y g nd rilib 0 1654439352

Güney azərbaycanlı hüquq müdafiəçisi Əkbər Nəiminin “dosye”si Ali Məhkəməyə göndərilib.

Bu barədə Əkbər Nəiminin yaxınlarının məlumat verib.

Nəiminin işi üzrə məlumaylı şəxslər və vəkillər dəfələrlə vurğulamışdılar ki, birinci və Apellyasiya Məhkəməsində onun müdafiəsindən asılı olmayaraq, yalnız Kəşfiyyat və dövlət orqanlarının hesabatına əsaslanaraq hökm çıxarılıb.

Qeyd edək ki, Əkbər Nəimi iyunun 19-da Təbrizdə həbs edilərək məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi ötən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan Dərnəyi”nin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır.

Okumaya devam et  134 milyardlıq ÜDM, 60 milyard strateji valyuta ehtiyatı

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir