Urmulu milli fəal Behzad Paşazadə ETTELAAT-da dindirilib

Onun Təhlükəsizlik Nazirliyinin informasiya bölməsində dindirildikdən sonra sərbəst buraxıldığı bildirilir. - rmulu milli f al dindirilib 0 1653758619

Mayın 28-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərində yaşayan milli-mədəni fəal Behzad Paşazadə İran Təhlükəsizlik Nazirliyinin yerli İdarəsində bir neçə saat dindirilib.

Onun Təhlükəsizlik Nazirliyinin informasiya bölməsində dindirildikdən sonra sərbəst buraxıldığı bildirilir.

Qeyd edək ki, Behzad Paşazadə bundan öncədə bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə saxlanılıb.

O, 2011-ci ildə Urmu gölünün quruması, 2015-ci ildə isə İran televizyasının “Titilə” proqramında azərbaycanlıların aşağılanmasına etiraz aksiyalarına qatıldığı üçün həbs edilib.

Okumaya devam et  Üç ölkə İran təhlükəsinə qarşı birgə hərəkət barədə danışıqlar aparıb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir