New York Times: İsrail rəsmiləri SEPAH zabitini öldürdükləri barədə Amerikanı məlumatlandırıblar

Mayın 25-də yayılan məlumata görə, İsrail rəsmiləri bunun SEPAH-ın “Qüds” qanadının 840-cı birləşmə adlanan məxfi qrupunun bölgədə dağıdıcı əməliyyatlarını dayandırması ilə bağlı İrana xəbərdarlıq olduğunu deyiblər. - msg 1181644289 7376

“The New York Times” qəzeti məlumatlı kəşfiyyat mənbəsinə istinadən yazıb ki, İsrail Amerikaya SEPAH-ın zabiti Həsən Səyyad Xudayinin öldürülməsində rolunun olduğu haqda məlumat verib.

Mayın 25-də yayılan məlumata görə, İsrail rəsmiləri bunun SEPAH-ın “Qüds” qanadının 840-cı birləşmə adlanan məxfi qrupunun bölgədə dağıdıcı əməliyyatlarını dayandırması ilə bağlı İrana xəbərdarlıq olduğunu deyiblər.

İsrail Amerikaya bildirib ki, polkovnik Xudayi Yaxın Şərqdə və qonşu ölkələrdə 840-cı əməliyyat bölməsinə rəhbərlik edib.

“O, son iki ildə Kolumbiya, Keniya, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrdə israillilərə, avropalılara, Amerika vətəndaşlarına və rəsmilərinə qarşı terror hücumlarında iştirak edib”-deyə, məlumatda bildirilib.

Qeyd edək ki, mayın 22-də İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletli şəxs tərəfindən güllələnərək öldürülüb.

Okumaya devam et  Azərbaycanda türkçülük idayalarının güclənməsi

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir