Vali Tehran komandasının hərəkətlərini qeyri-etik adlandırıb

Təbrizin “azərəncümən” xəbər saytının verdiyi məlumata görə, Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm -mayın 19-da Traxtur-Perpolis komandalarının oyunu zamanı baş verən gərginliyə toxunub və Tehran komandasının hərəkətlərini qeyri-etik adlandırıb. - ali ehran komandas n n h r k tl rini qeyri etik adland r b 0 1653120614

O, xüsusilə Pespolis komandasının kapitanının davranışının təhrikediciolduğunu deyib.

Təbrizin “azərəncümən” xəbər saytının verdiyi məlumata görə, Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm -mayın 19-da Traxtur-Perpolis komandalarının oyunu zamanı baş verən gərginliyə toxunub və Tehran komandasının hərəkətlərini qeyri-etik adlandırıb.

“Hakimlər heyəti, nəzarətçi və hakim oyunun davam etdirilməsini istədiyi halda rəqib komanda meydana çıxmaqdan imtina etdi”-deyə, vali Perpolis komandasının oyunu yarımçıq saxlamaqda maraqlı olduğunu deyib.

O, iddia olunanların əksinə laraq heç bir təhlükəli durumun yaranmadığını, dava düşmədiyini və iğtişaş törədilmədiyini, ümumi əmlaka ziyan vurulmadığını deyib və Traxtur tamaşaçılarının sakitcə stadionu tərk etdiklərini bildirib.

“İran Futbol Federasiyası və İdman Nazirliyinə müraciət edərək Traxtur əleyhinə bir tərəfli qərar verilməməsi üçün məsələni nəzarətdə saxlayırıq”-deyə, Rəzəvi Xurrəm qeyd edib.

Qeyd edək ki, mayın 19-da Təbrizin “Səhənd” (Yadiqari İmam) stadionunda “Traxtur” və Tehranın “Persepolis” komandaları arasında baş tutan qarşılaşma gərginlik yarandığı üçün yarımçıq dayandırılıb.

Tehran komandasının oyunçularının “Traxtur” tərəfdarlarına qarşı qeyri-etik davranışları oyunçular və stadiona toplaşanlar tərəfindən etirazlarla qarşılaşıb.

Okumaya devam et  Əlirza Fərşinin məzuniyyət müddəti yenidən uzadılıb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir