Güney Azərbaycan təşkilatları 22 may hadisələrinin 16-cı ildönümü ilə bağlı bəyanat yayıb


Okuma Süresi: 3 Dakika

​​​​​​​Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Güney Azərbaycanda Baş Verən 1 Xurdad (22 may) hərəkatının 16-cı ildönümü ilə bağlı bəyanat yayıb.

“Başı uca Azərbaycan türk milləti!

Bildiyiniz kimi, 1 Xurdad (22 May) Güney Azərbaycan türklərinin işğalçı İran-Fars rejiminə qarşı milli mücadiləsinin ən parlaq və unudulmaz günlərindəndir.  1 Xurdaddan başlayarq Güney Azərbaycanın 30-dan çox şəhərində “Haray, haray mən türkəm!”, “Təbriz-Bakı-Ankara, Biz hara, farslar hara!”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” və digər şüarlarla milyonlarla Azərbaycan türkü xiyabanlara çıxaraq İran rejiminə etiraz etdi, onlarla şəhid və yüzlərcə yaralının qəhrəmanlığı ilə tarix yazdı.

Şəhidlərimizin bizə əmanət etdiyi milli davamızı gənc bozqurdlarla birlikdə son qələbəyə daşıyıb, Fars rejiminə son vermək amacıyla  bütün millətimizi ayağa qalxmağa çağırırıq!”-deyə, bəyanatda qeyd olunur.
Sənəddə bildirilir ki, İran rejimi 1 Xurdadın xatirəsini unutdurmaq üçün hər fitnəyə əl atır:

“Qalx ayağa Azərbaycan! Azərbaycan türk milləti Güney Azərbaycanda ayrı-seçkilik, milli zülm ilə yanaşı ağır iqtisadi sıxıntı ilə üzləşib. Günü-gündən artan bahalıqla qeyri-insani və haqsız yaşam tərzinə məruz qalıb. Bu gedişata son vermənin zamanı gəlmişdir!

Bu gün 1 xurdadın  xatirəsini yaşatmaq, hər bir şərəfli Azərbaycan türkünün  borcudur. Sırf buna görə, hər kəsi dünyanın hər yərində, özəlliklə də Güney Azərbaycanda 1 xurdadın  ildönümü ilə bağlı eyləmə, seminara, konfransa və daha önəmlisi xiyaban etirazlarına cağırırıq!
Hər gün eyləm günü ve hər yer eyləm yeri olmalıdır!”

 Bəyanatda bildirilir ki, ələ düşən tarixi fürsət düzgün dəyərləndirilməlidir.

“Biz bu fürsəti əldən verməməliyik. Millətimiz türkcə milli şüarlarla ayaqlanmalıdır. “Azadlıq, Ədalət, Milli Hökumət!” bizim gələcəyimizdir. Fars şovinist sisteminə son vermək üçün uca millətimizi Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzini dəstəkləməyə çağrırıq!

İran rejiminə qarşı mübarizənin daha da etkili olması üçün soydaşlarımızı təşkilatlarımıza qatılmağa, düzənli mücadilə verməyə çağırırıq! Milli zülmün altında olan millətlər ilə əməkdaşlığı daha güçləndirməliyik! Güney Azərbaycanda və İran adlanan dövlətin ərazisində yaşayan türk millətinin və başqa qeyri-fars millətlərin demokratik, insani  haqlarının əldə edilməsi üçün uluslararası ilgili orqanlara, topluluqlara və demokratik ölkələrə baş vurmalı, yardım istəməliyik.

İran Fars rejiminə qarşı siyasi-sinfi etiraz aksiyalarını dəstəkləyir,  millətimizi ayağa qalxmağaçağırırıq!”-bəyanat bu sözlərlə  bitir.

Qeyd edək ki, bəyanatı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə daxil olan qurumlar:
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP) və
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) imzalayıb.


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Aliyar Kamran
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Diğer Yazıları
Bugün Gündem

Son Gelen Mesajlar

  1. Bu yazıda anlatılanlar çok doğrudur. Osmanlı, Türk düşmanıdır ve Anadolu’daki Türk Beyliklerini teker teker yok etmeye çalışmıştır. Bu işte en…

  2. Fars-türk düşmanlığını körüklemekte kastınız ne?!! Ortadoğuda hala dost kalan iki ülke ilişkilerine dil uzatmayınız! Dünya halkları dostluk arayışındayken siz komşularımızı…

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.