Təbrizdə milli fəallar əski yer adlarının bərpasını tələb edir

Təbrizli milli fəallar mayın 12-də kənd və yer adlarının farscaya çevrilməsinə etiraz olaraq təhrif olunmuş yer adlarını göstərən lövhələrin üzərində türk dilində olan qədim yer adlarını yazıblar. - brizd milli f allar ski yer adlar n n b rpas n t l b

Təbrizdə milli-mədəni fəalları aksiya keçirib. Onlar türkcə əski yer adlarının bərpasını tələb edir.

Təbrizli milli fəallar mayın 12-də kənd və yer adlarının farscaya çevrilməsinə etiraz olaraq təhrif olunmuş yer adlarını göstərən lövhələrin üzərində türk dilində olan qədim yer adlarını yazıblar.

Fəallar “Aşağı Gumana” və “Yuxarı Gumana” kənd adlarının təhrif edilərək “Komanec-i Sofla” və “Komanec-i Olya” yazılan lövhələrin üzərində hər iki kəndin qədim türk adlarını qeyd ediblər.

Qeyd edək ki, son illər türk dilində olan qədim yer adlarının dəyişdirilməsi və təhrif edilməsinə qarşı etirazlar çoxalıb.

Milli-mədəni fəallar müxtəlif aksiyalarlar Pəhləvilər dövründən başlayan və hazırkı rejim dövründə davam etdirilən farslaşdırma siyasətinə qarşı etirazlarını bildirirlər.

Bir müddət bundan öncə fəallar Xiyav və Germi bölgələrində oxşar aksiya həyata keçirib və türk dilində olan qədim yer adlarının bərpasını istəmişdilər.

Okumaya devam et  Güney Azərbaycan bölgələrində narkomaniya geniş yayılıb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir