Qərbi Azərbaycan əyalətinin 64% ərazilərində şiddətli quraqlıq hakimdi

Qərbi Azərbaycan əyalətinin Baş Meteorologiya İdarəsinin başçısı İsmayıl Simayi  hazırda əyalətdə yağıntıların 18 faiz azaldığını deyib. - rbi z rbaycan yal tinin 64 razil rind idd tli quraql q hakimdi 0 1652160866

Bu barədə Qərbi Azərbaycan əyalətinin Baş Meteorologiya İdarəsinin başçısı məlumat verib.

Qərbi Azərbaycan əyalətinin Baş Meteorologiya İdarəsinin başçısı İsmayıl Simayi  hazırda əyalətdə yağıntıların 18 faiz azaldığını deyib.

“Bu il yağıntının orta miqdarı ilin əvvəlindən 47 mm-ə çatıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 18%, uzunmüddətli normadan isə 44% azdır”-deyə, Simayi bildirib.

O, deyib ki, araşdırmalara görə, son bir ildə Qərbi Azərbaycan əyalətinin 97%-də az və şiddətli quraqlıq, 64% ərazilərdə isə şiddətli quraqlıq və yalnız 3% ərazilərdə normal durumun olduğu bəlli olub.

Əyalətin mərkəz və cənub bölgələrində quraqlığın daha şiddətli olduğunu deyən İsmayıl Simayi, bu il Urmuya düşən yağıntının miqdarının 54,9 mm təşkil etdiyini, bunun isə ötən illə müqayisədə 31%, uzunmüddətli müqayisədə isə 41% az olduğunu qeyd edib.

Okumaya devam et  Millət vəkillərindən Rusiya sülhməramlılarına sərt etiraz

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir