Nurlana Məmmədzadə: Bakı birinciliyində gimnastlar yeni qaydalar əsasında çıxış edirlər

Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində iştirak gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır. - ritmik cimnastik milli takim

Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində iştirak gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.

Baş katib bildirib ki, martda bədii gimnastika üzrə Azərbaycan çempionatı keçirildi, bu gün isə Bakı birinciliyi start götürüb. Birincilikdə gənc idmançılar üç yaş qrupunda mübarizə aparır. Yeni Olimpiya dövründə bədii gimnastikada yeni qaydalar qüvvəyə minib və bu gün idmançılar bu qaydalar əsasında öz proqramlarını təqdim edirlər.

“Bakı birinciliyində 186 gimnast iştirak edir ki, onlardan 123-ü fərdi proqramda, 63-ü qrup komandaların tərkibində çıxış edəcək. Yarışda 14 komanda qrup hərəkətlərdə iştirak edir. Bu yarışda komanda hesabında da qaliblər müəyyənləşəcək”, – deyə N.Məmmədzadə əlavə edib .

Gimnastikanın Bakı ilə yanaşı, bölgələrdə də inkişaf etdirilməsinin AGF-in fəaliyyətinin prioritet istiqaməti olduğunu bildirən N.Məmmədzadə deyib: “Bu gün Azərbaycanın 25 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir. Bu, əsasən, bədii gimnastikadır, amma biz çalışırıq ki, bölgələrdə digər gimnastika növləri də inkişaf etsin. Bölgələrdə gənc məşqçilər işləyir. Onlar bir neçə il özləri yaxşı idmançılar olub, indi isə öz bilik və təcrübələrini gənc gimnastlarla bölüşürlər”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinə mayın 4-də yekun vurulacaq.

AZERTAC _/ TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  Bir güllə atılmadan azad olunan Şəhid(lər) şəhər(i)

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir