Xorvatiya mətbuatı Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemindən yazıb


Okuma Süresi: 2 Dakika

Xorvatiya mətbuatı Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemindən yazıb

Xorvatiyada təşkil olunan “Mina Hərəkatı” 18-ci beynəlxalq simpoziumu ərəfəsində bu ölkənin nüfuzlu “Vecernji List” qəzetində “Ottava Konvensiyandan iki onillik sonra – Azərbaycan, ərazisi ən çox minalanmış ölkələrdən biri” sərlövhəli geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Azərbaycan ilə Ermənistan arasında bütün hərbi əməliyyatlara son qoyulmasını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan bu günədək işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən qəsdən və kortəbii şəkildə basdırılmış minaların partlaması nəticəsində aralarında qadınlar, uşaqlar da daxil olmaqla 150-dən çox insanın, habelə 1992-ci ildən bəri isə 3500-dən çox şəxsin öldüyü və ya ağır yaralandığı diqqətə çatdırılıb.

Postmünaqişə dövründə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğunun azərbaycanlı mülki şəxslərin təhlükəsizliyi və sağlamlığı üçün ciddi təhlükə yaratdığı bildirilib. Həmçinin vurğulanıb ki, azad edilmiş ərazilərin kütləvi şəkildə minalanması Azərbaycan hökumətinin bu ərazilərdə geniş bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi maneə yaradır. Ən əsası isə bunun yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtma kimi fundamental hüququnun təmin olunmasına mənfi təsir göstərdiyi bildirilib.

Məqalədə Ermənistan tərəfindən təhvil verilmiş mina xəritələrinin dəqiqliyinin cəmi 25 faiz təşkil etdiyi, bunun Ermənistanın qeyri-səmimi mövqeyi və etibarlı tərəfdaş olmadığını göstərdiyi diqqətə çatdırılıb.

azerbayjannews.az / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

A.Türer YENER
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Bugün Gündem

Son Gelen Mesajlar

  1. Bu yazıda anlatılanlar çok doğrudur. Osmanlı, Türk düşmanıdır ve Anadolu’daki Türk Beyliklerini teker teker yok etmeye çalışmıştır. Bu işte en…

  2. Fars-türk düşmanlığını körüklemekte kastınız ne?!! Ortadoğuda hala dost kalan iki ülke ilişkilerine dil uzatmayınız! Dünya halkları dostluk arayışındayken siz komşularımızı…

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1

Turkish Forum, içeriklerin arşivlenmesi, yazarların yazılarının sizlere ulaştırılması için bilgisayar altyapısına yatırım yapmaktadır. Bu hizmetlerimizden memnun iseniz QR kodunu kullanarak bağış yapabilirsiniz.