Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Mərkəzinin Xalqın Acınacaqlı Həyat Şəraiti İlə Bağlı Çağırışı


Okuma Süresi: 3 Dakika

Azərbaycan Türk Milləti
Göründüyü kimi, İslam Respublikasının məntiqsiz və macəraçı siyasətləri və rejim orqanlarındakı sistematik fəsad ucbatından Güney Azərbaycan və İranın müxtəlif bölgələrində insanların iqtisadi və məişət şəraiti görünməmiş dərəcədə pisləşib. Ət və meyvə kimi ərzaqlar uzun zamandan bəri xaqlın süfrəsindən yox olmuşkən, artıq çörək və un kimi həyati əhəmiyyət kəsb edən məhsulların təmini də cəmiyyətin böyük hissəsi üçün ciddi problemə çevrilib. Rejim çörək böhranını kontrollu satış kimi tədbirlərlə nəzarət altına almağa çalışsa da, praktikada iflas edən iqtisadiyyat, ideoloji qeyri-elmi baxış və kökləşmiş korrupsiya rejimin uğur qazanmasına mane olur.
Məhz bu kontekstdə müxtəlif bölgələrdən müxtəlif formalarda xalqın narazılıq səsi yüksəlir və son günlər müxtəlif bölgələrdə etiraz qığılcımları alovlanır. Necəki, yoxsulluqdan Urmiya şəhərində Mərkəzi Kəşfiyyat İdarəsinin (İttilaat) qarşısında avtomobilini yandıran, divara “xamneyiyə ölüm” yazıb və sonra həbs olunmaq üçün oturub gözləyən gəncin halı Azərbaycan cəmiyyətinin acınacaqlı durumunun açıq ifadəsi idi.

Azərbaycan Türk Milləti
Etiraz dalğasının İran xalqları arasında genişləndiyi bir zamanda və İran rejiminin ayrı-seçkilik siyasətinin əsas qurbanlarından biri olan Azərbaycan Türk Milləti ikən, digər əzilən xalqlarlar, o cümlədən məzlum Ərəb xalqı ilə birgə etiraz etmək millətimizin ən doğal haqqıdır. Çünkü insanca və şərəflicə yaşamaq bütün xalqların ən əsas haqqıdır.
Aydındır ki, acınacaqlı həyat vəziyyəti bəziləri üçün ikiqat olsa da, ümumilikdə İranda bütün millətlərin və sosial təbəqələrin ümumi problemidir. Buna görə də, bu böhranlara çarə tapmaq üçün bütün xalqlar eyni zamanda mübarizə aparmalıdır. Amma eyni zamanda unutmaq olmaz ki, bəzi faşist, terrorçü və totaliter cərəyanlar keçmişdə olduğu kimi Azərbaycanın azadlıq mübarizəsini öz adlarına çıxmaq, nəhayət, istibdad və faşizmi yenidən yaratmaq və Azərbaycanı bir daha istibdad və sömürgə altına almaq niyyətindədirlər. Ona görə də Azərbaycan başqa xalqlarla birgə mübarizə apararkən, faşist, terrorçu və totalitar cərəyanların planlarını alt-üst etmək üçün öz adı ilə, öz simvolları ilə, öz şüarları ilə və öz ana dilində mübarizə aparmalıdır.
“Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi” bu vəsilə ilə hərtərəfli və əhatəli etirazların Azərbaycan Türk Milləti və İrandakı bütün məzlum xalqların danılmaz haqqı olduğunu bəyan edir, Azərbaycan icması və İranın müxtəlif Türk bölgələri ilə birlikdə mütəmadi təmassını saxlayacağını və bununla bağlı lazımi tədbirlər görəcəyini bildir.
Güney Azərbaycan Təşkilatlarının İşbirliyi Mərkəzi hesab edir ki, ancaq xalqların azad iradəsinin həqiqi mənada üstün olduğu və İran xalqlarının azad və şüurlu qərar verəcəyi zaman İrandakı köklü problemlər və böhranlar sözün əsl mənasında həllini tapacaq. Bu səbəblə də xalqımızın içindən çıxan və xalqımızın dilinə düşən “Azadlıq, Ədalət; Milli Hökumət” şüarını özümüzə və millətimizə yol xəritəsi hesab edir və bu istiqamətdə mübarizəmizi davam etdirəcəyimizi bildiririk.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi:
Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)


Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Aliyar Kamran
Yazılarını sayfanda yayınla (RSS)
mesaj gönder ya da yazıya yorum yap.
Diğer Yazıları
Bugün Gündem

Son Gelen Mesajlar

  1. Türkiye karşı çıkması dogrudur “”yazınızın son cümlelerinden gidelim.. “https://www.cumhuriyet.com.tr/yazarlar/mehmet-ali-guller/veto-karti-pazarlik-karti-yapilmamali-1938236 Ukrayna Rusya’ya karşı koçbaşı Tayvan çine karşı koçbaşı Johson hükümetini emniyet…

  2. senin gizli escinsel oldugundan , erkek cocuklarini bademledigine eminim ama kanitlayamam. Pisliginizde bogulun demek isterim lakin araplara özendiginizden pisligi seviyorsunuz.…

Son Yazılar

Message Turkish Forum on WhatsApp

https://wa.me/message/2RSZA7ULJ4EXD1