İranda Qaşqay türkü olan gənc incəsənət xadimi qətlə yetirilib

Firuzabad şəhər sakini olan musiqiçi gənc Əli Heydəri ötən həftənin cümə günü yaxınları ilə birlikdə bir qrup şəxsin hücumuna məruz qalıb. - msg 1181644289 6938

Firuzabad şəhər sakini olan musiqiçi gənc Əli Heydəri ötən həftənin cümə günü yaxınları ilə birlikdə bir qrup şəxsin hücumuna məruz qalıb.

“Aznews tv” xəbər verir ki, beyin ölümü keçirərək komaya düşən gənc mayın 3-də vəfat edib.

Musiqiçi və yaxınlarının Əmir Salar kəndi yaxınlığında hücuma məruz qaldığı və atasının da ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Əli Heydərinin nəşi ötən gün torpağa tapşırılıb.

Yerli mənbələrin bildirdiyinə görə, son illər İranın bir neçə vilayətində yaşayan milyonlarla Qaşqay türkünə İranın Təbii Sərvətlər və Su Təsərrüfatı İdarəsi tərəfindən heyvanlarını otarmaq üçün otlaq istifadəsinə dair icazə sənədi verilmir. Bunun nəticəsində isə Qaşqay türklərinin ata-baba torpaqları üzərində mülkiyyət hüququnun əllərindən alınması təhlükəsi yaranıb.

Ötən il isə Qaşqayların İsfahanın yaylaqlarından birində olan evləri İran hökuməti tərəfindən dağıdılıb.

Bir çox mənbələr bildirir ki, Əli Heydəriyə hücum da İran hökumətinin Qaşqayları öz torpaqlarından didərgin salmaq üçün həyata keçirdiyi siyasətin bir hissəsidir.

Okumaya devam et  İranda professor maliyyə problemləri üzündən intihar edib

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir