Şuşa Qafqazın diplomatiya mərkəzinə çevrilir

içeriğine ekledi

Okuma Süresi: 7 Dakika

Şuşa Qafqazın diplomatiya mərkəzinə çevrilir

Beynəlxalq toplantılar və beyin mərkəzlərinin səfərləri təsdiq edir ki, dünya İlham Əliyevin yaratdığı yeni reallıqları qəbul edir



Dünən Şuşada daha bir mötəbər beynəlxalq toplantı keçirildi. ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak etdi.

Forum çərçivəsində Şuşada “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçirildi. Şuşa forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsidir. Forumun davamı bu gün, aprelin 29-da ADA Universitetində “Mina təhlükəsi və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qarşıya çıxan problemlər” mövzusunda davam etdiriləcək.



Beynəlxalq tədbirlər, forumlar məkanı



Son 20 ildə Azərbaycan sürətli hərtərəfli inkişafla bərabər həm də beynəlxalq tədbirlərin, forum və konfransların keçirildiyi məkan kimi də tanınıb. Dünyanın elə bir mötəbər təşkilatı tapılmaz ki, Bakıda toplantısı keçirilməsin. Bu da əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyasda siyasi çəkisinin yüksəlişinə xidmət edən amillərdən biri olub.

Vətən müharibəsindən sonra isə Böyük Zəfərin simvolu olan Şuşa bərpa-quruculuq, tərəqqi ünvanına çevrilməklə yanaşı, həm də Azərbaycanın, daha doğrusu, Qafqazın siyasi, diplomatik mərkəzi statusuna da sahiblənib.

Həyata keçirilən müxtəlif layihələr əsasında simasını günbəgün dəyişən və sürətlə inkişaf edən mədəniyyətimizin paytaxtında mühüm toplantıların, konfransların və forumların keçirilməsi bunun bariz təcəssümüdür.

Onu da vurğulayaq ki, dünən keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumdan əvvəl Şuşada daha bir neçə toplantı reallaşıb. İlk olaraq Şuşada ötən il iyunun 15-də – Milli Qurtuluş Günündə Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi imzalayıblar.

Bu il isə martın 18-də Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycanın yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər. Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək olub.

Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyıb. Çünki 1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul edildikdən 2 ay sonra Şuşa şəhəri Ermənistan tərəfindən işğal edilib. 30 il ərzində mədəniyyət paytaxtımız erməni barbarları tərəfindən dağıdılıb, tarixi və mədəni-dini abidələrimiz təhqir edilib, “erməniləşdirmə” prosesi aparılıb. Lakin nə qədər saxtakarlıq etmələrinə baxmayaraq, istəklərinə nail ola bilməyiblər. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Azərbaycan dövləti Şuşada viran qoyulan bütün tarixi, mədəni abidələrimizi bərpa etməyə başlayıb və bu gün dünya əsl həqiqətlərə şahidlik edir.



Dünya azərbaycanlılarına qucaq açan Şuşa



Aprelin 8-də isə Şuşada daha bir ilk yaşanıb. Tariximizdə ilk dəfə olaraq Milli Məclisin komitə iclasları qədim qala şəhərimizdə keçirilib. İlk olaraq şəhərdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclası baş tutub.

Aprelin 22-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuada dünyanın 65 ölkəsindən 400-dən artıq soydaşımızın iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Bu tarixi həmrəylik toplantısında İlham Əliyev geniş və dərin məzmunlu nitq söyləyərək həm yeni reallıqları dəyərləndirib, həm də xaricdə yaşayan azərbaycanlıların, diasporumuzun bundan sonrakı fəaliyyətinin yol xəritəsini müəyyənləşdirib.

Aprelin 27-də isə Milli Məclisin daha iki komitəsinin – İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə dinləmələri keçirilib. Hər iki iclasda mühüm qanun layihələrinin müzakirələri aparılıb və iclasların Şuşada keçirilməsinin rəmzi məna daşıdığı vurğulanıb.

Onu da əlavə edək ki, tarixən mənəvi dünyamızın, mədəniyyətimizin, dövlətçiliyimizin mərkəzi, qəhrəmanlığımızın rəmzi olan Şuşanın adı da bundan sonra qanunla tənzimlənəcək. Bu, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna edilən əlavələrdə öz əksini tapıb. Belə ki, “Şuşa” adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə qanuna 3-1-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə, əmtəə nişanlarında və coğrafi göstəricilərdə “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol veriləcək.

Beləliklə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Şuşada beynəlxalq əhəmiyyətli toplantıların, xüsusi iclasların keçirilməsi böyük siyasi və rəmzi məna daşıyır. Ən əsası ona görə ki, Şuşaya səfər edən xarici diplomatlar, beyin mərkəzləri, dövlət xadimləri Füzuli Hava Limanına endikdən sonra “Zəfər yolu” ilə irəliləyib erməni vandalizminə və Azərbaycanın öz qüdrətinə bu torpaqlarda apardığı yenidənqurma işlərinə şahidlik edirlər. BMT-nin və digər qurumların nümayəndələri öz gözləri ilə görürlər ki, azad edilmiş torpaqlarda reabilitasiyaya mane olan əsas məqam bu ərazilərin minalarla əhatələnməsidir. Bu, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasına və sürətli yenidənqurmaya əngəl törədir. Ölkəyə səfər edən xarici missiyalar təbii ki, gördüklərini öz hesabatlarında əhatəli şəkildə təqdim edirlər. Bu da Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların dünyaya yayılması üçün mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.

Bir sözlə, bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, qarşıdan gələn dövr ərzində beynəlxalq münasibətlərin, mühüm məsələlərin müzakirə olunduğu siyasi-diplomatik mərkəz rolunda çıxış edir. Beynəlxalq təşkilat rəhbərlərinin, üzvlərinin Şuşaya – Qarabağa, Şərqi Zəngəzura səfərləri bir daha onu təsdiq edir ki, dünya İlham Əliyevin yaratdığı reallıqları qəbul edir.

Rəşad BAXŞƏLİYEV, “Azərbaycan” / TURKİSHFORUM – ABDULLAH TÜRER YENER

Yorumlar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bugün Gündem
  1. “Kim bu Jeremy Rifkin?”e Ek’tir * Avrupa Birliği’ne (AB) 10 yıldır danışmanlık yapmaktaymış * Fransa eski Cumhurbaşkanı Nicolas Sarkozy ve…

  • Azərbaycan dördüncü peykini orbitə göndərəcək

    Azərbaycan dördüncü peykini orbitə göndərəcək

    Okuma Süresi: 3 Dakika Azərbaycan dördüncü peykini orbitə göndərəcək Növbəti peyk İlon Maskın şirkəti tərəfindən buraxıla bilər Azərbaycan dördüncü peykini orbitə buraxmağı planlaşdırır. Texnoloji inkişaf, kosmik sənayedə tərəqqi ölkəmizin bu sahədə yeni addımlar atmasını şərtləndirir. Növbəti peykimizin İlon Maskın şirkəti tərəfindən kosmosa buraxılacağı ehtimal edilir. Amerikalı sahibkarın şirkəti qiymət baxımından […]


  • İranda Azərbaycan türklərinə qarşı repressiyalar haqqında hesabat

    İranda Azərbaycan türklərinə qarşı repressiyalar haqqında hesabat

    Okuma Süresi: 2 Dakika 2022-ci ilin sentyabr-oktyabr aylarında İranda hökumət əleyhinə kütləvi etirazlar zamanı ən az 13 azərbaycanlı öldürülüb, 1700 nəfər isə həbs edilib. Bu barədə ABŞ və Kanadada siyasi mühacirətdə olan İran hüquq müdafiəçiləri tərəfindən hazırlanmış İranda Azərbaycan türklərinin vəziyyəti haqqında Məruzədə deyilir. Azərbaycan türkləri İranda, əsasən Zəncan, Qəzvin, […]


  • Prezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbərini qəbul edib YENİLƏNİB

    Prezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbərini qəbul edib YENİLƏNİB

    Okuma Süresi: 2 Dakika Prezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbərini qəbul edib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurlu […]


  • CHP 3 ARALIK KONFERANSINDA MİLLİ OLMADIĞINI KÜRESELCİ GÜÇLERİN GÜCÜ OLDUĞUNU YANSITMIŞTIR

    CHP 3 ARALIK KONFERANSINDA MİLLİ OLMADIĞINI KÜRESELCİ GÜÇLERİN GÜCÜ OLDUĞUNU YANSITMIŞTIR

    Okuma Süresi: 6 Dakika CHP 3.Aralık konferansında milli olmadığını ve küreselci olduğunu ve bunu da bu konferansta da kullandığı kavramlarla ve J. Rifkin gibi seçilmiş küreselci insanlarla, küreselciliğin karekterine uygun olarak organize ettiğini görürsünüz. CHP’nin düzenlediği bu 3 Aralık konferansını iyice analiz ettiğinizde, CHP bu seçtiği küreselci 70 kişilik bir […]


  • FEYM GRUBU BÜLTENİ

    FEYM GRUBU BÜLTENİ

    Okuma Süresi: 6 Dakika Ermeni Faaliyetleri ( 06 Aralık 2022 ) 1.. KGAÖ Genel Sekreteri, Ermenistan’a yönelik yardım önlemlerine ilişkin belgenin imzalanması gerektiğini vurguladı….Kolektif Güvenlik Anlaşması Örgütü (KGAÖ) Genel Sekreteri Stanislav Zas, Moskova’da düzenlenen örgütün parlamenter meclisinde KGAÖ Konseyi’nin Ermenistan’a yardım sağlama önlemlerine ilişkin karar taslağının imzalanması gerektiğini ve bunun […]



Posted

in

by