Rusiyanın İrandakı erməni əsilli səfiri Levan Caqaryan deyib ki, İranda məcburi hicab və spirtli içki qadağası Rusiya vətəndaşlarının İrana səfər etməsi üçün əsas iki maneə sayılır.
O, bu barədə Moskvada dərc olunan “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib. Səfir qeyd olunan iki səbəbə görə, Rusiya vətəndaşlarının İranın əvəzinə daha çox Tayland, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və digər ölkələrə səfər etməyə üstünlük verdiklərini bildirib.
Sonda səfir Rusiya vətəndaşlarının digər ölkələrə deyil, “dost” İrana səfər etmələrinə ümid etdiyini qeyd edib.
Bir cevap yazın