İranda yeniyetmə edam edilə bilər

İranın İnsan Haqları Təşkilatı yetkinlik yaşına çatmayan Həmidrza Əjdərinin edamının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti və BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisini təcili tədbirlər görməyə çağırıb. - randa yeniyetm edam edil bil r 0 1651727653

İranın İnsan Haqları Təşkilatı yetkinlik yaşına çatmayan Həmidrza Əjdərinin edamının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti və BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisini təcili tədbirlər görməyə çağırıb.

Bəyanatda hazırda Şiraz zindanında saxlanılan yeniyetmənin edam hökmünü qətiləşdirmək üçün onun cinayət işində saxtakarlıq edildiyi və Həmidrzanın doğum tarixinin dəyişdirilərək yaşının çox göstərildiyi qeyd olunub.

Qəsdən adam öldürməkdə ittiham olunan Həmidrza Əjdərinin bir neç gün sonra, mayın 8-də dara ağacından asılaraq edam ediləcəyi bildirilib.

İnsan haqları təşkilatı yeniyetmənin dosiyasında saxtakarlıq edilməsi ilə yanaşı, ona üç həftə işgəncə verildiyi və cinayəti qəbul etməsi üçün təzyiqlərə məruz qaldığını deyir.

İnsan haqları təşkilatlarının hesabatları göstərir ki,  2021-ci ilin avqustunda İbrahim Rəisi hökumətinin işə başlamasından sonra İranda edamların sayı kəskin şəkildə artıb.

BMT-nin İran üzrə xüsusi məruzəçisi Cavid Rəhman özünün illik hesabatında bildirib ki, məhkəmə prosesinin sistemli pozulması və ədalətli mühakimə olunmaması ilə yanaŞI İranın məhkəmə sistemi çərçivəsində ciddi nöqsanlar var və edamların əksəriyyəti dövlət qurumları tərəfindən ixtiyari şəkildə həyata keçirilir.

Okumaya devam et  Qərbi Azərbaycanda 4 qadın öldürülüb

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir