Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtdakı yanğınla bağlı birgə məlumat yayıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtdakı yanğınla bağlı birgə məlumat yayıb. - yangin ates alev

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtdakı yanğınla bağlı birgə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, birgə məlumatda deyilir: “28 aprel 2022-ci ildə saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye Parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş vermişdir. Daxil olmuş məlumat əsasında dərhal Baş Prokurorluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxmışlar. İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə etmişdir. Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmışdır. Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir. Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək”.

AZERTAC / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Okumaya devam et  Güneyli fəal həbs edildi

Comments

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir